
Dünya bazarlarında neftin qiymətində artım qeydə alınıb.
AVESTA.AZ xəbər verir ki, "ICE London" birjasında "Brent" markalı neftin 2026-cı ilin dekabr ayı üzrə fyuçerslərinin qiyməti 1,86% artaraq bir barel üçün 110,84 ABŞ dollarına çatıb.
Nyu-Yorkun "NYMEX" əmtəə birjasında isə "WTI" markalı neftin dekabr fyuçersləri 1,53% bahalaşaraq 98,64 ABŞ dolları təşkil edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.