
Türkmənbaşı şəhərində Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Türkiyənin Palatalar və Birjalar Birliyinin, Türkmənistanın Ticarət və Sənaye Palatası birgə təşkilatçılığı ilə üç ölkənin biznes dairələri arasında işgüzar görüş keçirilib.
"AVESTA.AZ" bu barədə AZPROMO-ya istinadən xəbər verir.
Məlumata görə, görüşdə üç ölkənin biznes imkanları haqqında məlumat verilib, həyata keçiriləcək layihələrə dair təqdimat keçirilib.
Tədbir çərçivəsində Azərbaycanın "Hellmann Logistics" şirkəti ilə Türkmənistanın "Turkmen Logistics" Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.