24-02-2026, 10:48 272

Bu gün ictimai xadim Əli bəy Hüseynzadənin anadan olmasından 162 il ötür

Bu gün görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin anadan olmasından 162 il ötür.

BAKU.WS xəbər verir ki, Əli bəy Hüseynzadə 1864-cü il fevralın 24-də Salyanda anadan olub. Uşaq yaşlarından babası, Qafqazın şeyxülislamı Axund Əhmədin himayəsi altında böyüyüb.

O, Tiflis gimnaziyasında, Sankt-Peterburq Universitetinin fizika-riyaziyyat, İstanbul Universitetinin hərbi tibb fakültələrində təhsil alıb.Türk, fars, ərəb, alman və rus dillərini öyrənən Hüseynzadə Rusiya və Türkiyədə olarkən tələbə hərəkatına qoşulub.

O, 1897-1900-cu illərdə türk-yunan müharibəsində İtaliyada hərbi həkim kimi çalışıb. Üç ildən sonra İstanbula qayıdıb və təhsil aldığı universitetdə professor köməkçisi işləyib, tibbə dair bir sıra əsərlər yazıb.

1904-cü ildə Bakıya gələn Hüseynzadə jurnalistika fəaliyyətinə də başlayıb, "Həyat" qəzetinin redaktorlarından biri, "Kaspi" qəzetinin müvəqqəti redaktoru, "Füyuzat" jurnalının isə redaktoru olub. Qeyd olunan mətbuat orqanlarında onun ictimai-siyasi hadisələrə, doğma xalqının tarixinə, mədəniyyətinə, dilinə, dininə, adət-ənənəsinə dair çoxsaylı məqalələri, həmçinin dünya ədəbiyyatından tərcümələri yer alıb."Füyuzat"da Əli bəy Hüseynzadə məqalələrinin birində yazıb:"Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!"

Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və "Tazə həyat", "İrşad", "Yeni füyuzat", "Həqiqət", "Tərəqqi", "İqbal", "Sədayi-həqq", "Şəlalə", "Açıq söz", "Bəsirət", "Qurtuluş", "Dirilik", "Azərbaycan", "Övraqi-nəfisə" mətbuat orqanları tərəfindən "Türkləşmək, islamlaşmaq, müasirləşmək" - Azərbaycançılıq şəklində inkişaf etdirilərək təbliğ olundu.

Əli bəy Hüseynzadənin publisistikası ictimai-siyasi və mədəni mühitə yeni nəfəs gətirib, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirib.Əli bəy Hüseynzadə bəzən azadlığı obrazlı təqdim etmiş, azad sözü "pəriyi-hürriyyət" adlandırmış, "Kuhi-Qaf və Simurq" məqaləsində azadlığı Qaf dağlarına zəncirlə bağlanmış Prometeyə bənzədib.

Bakıda həm də pedaqoji fəaliyyətlə də məşğul olan Əli bəy Hüseynzadə yenilikçi müəllim kimi 1908-ci ildə "Səadət" Xeyriyyə Cəmiyyətinin məktəbində müdir işləyib. O, millətin inkişafında, mədəni yüksəlişində maarifin rolunu yüksək qiymətləndirib.

Gənc Türklər İnqilabından (1908) sonra Bakıda Əli bəy Hüseynzadənin fəaliyyətinə süni əngəllər törədilib və o, iki il sonra Türkiyəyə qayıdaraq qısa bir müddətdə İstanbul Universitetinin professoru olub.O, Bakıya sonuncu dəfə 1926-cı ildə I Ümumittifaq Türkoloji qurultayda iştirak etmək üçün gəlib, məruzə adı ilə gətirdiyi "Qərbin iki dastanında türk" əsərinin nəşrinə nail olub.

Əli bəy Hüseynzadə siyasi, fəlsəfi, ədəbi-tənqidi və estetik görüşlərində milli amili və islahatı önə çəkib, milli ideologiyanın irəli sürülməsinin tərəfdarı olub. Bütün fəaliyyəti boyu "türkləşmək, islamlaşmaq, müasirləşmək" şüarını əsas hesab edib. O, türk xalqları üçün ümumi ədəbi dil yaradılmasının tərəfdarı olub.

Onun elmi, ədəbi-bədii irsində Bakıda işlədiyi illərdə yazdığı və mütəxəssislər tərəfindən şah əsəri hesab edilən "Siyasəti-fürusət", eləcə də "Füyuzat" məcmuəsi xüsusi yer tutur.

Əli bəy Hüseynzadə "Molla Nəsrəddin" jurnalının nəşrini mühüm ədəbi-ictimai hadisə hesab edib, demokratik görüşlü şair və yazıçılarımızın ədəbi fəaliyyətlərini yüksək qiymətləndirib. O, həm də rəssam kimi şöhrət qazanıb, boyakarlığın müxtəlif janrlarında işləyib, mənzərə, məişət mövzularında əsərlər və portretlər yaradıb. Onun "Bibiheybət məscidi" tablosu, "Şeyxülislam" portreti, "Azərbaycan ailəsi" və digər əsərləri həyatiliyi və bədiiliyi ilə diqqəti cəlb edir.

Müasirlərinin "Qafqaz müsəlmanlarının atası", "Türk xalqlarına kimliyini bildirən dahi", "Bütün türk dünyasının mücahidi", "Türkçülüyün babası (atası)" adlandırdıqları, aktuallığını bu gün də saxlayan yuxarıda qeyd olunan fikirlərin müəllifi Əli bəy Hüseynzadə şərəfli ömrünü türk millətinin, o cümlədən Azərbaycan xalqının milli oyanış və özünüdərkinə, istiqlal mücadiləsinə, maarif və mədəniyyətinin yüksəlişinə, milli dövlətçiliyin formalaşdırılmasına həsr etmişdir.

Hilmi Ziya Ülkən Əli bəy Hüseynzadəni gənclərin qayğısına qalan, onlara yol göstərən bir insan kimi xarakterizə edib. Mütəfəkkir siyasi həyata dalmış olan Ziya Gökalpa yaxınlaşmanın çətin olduğunu bildirərək göstərib: "Məhz bu sırada Hüseynzadə, türkçülərin rəhbərlərindən və bizi dinləyən, yol göstərən biricik insan olub".

Ə.Hüseynzadə, həmçinin Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil alıb və bir sıra portret və mənzərələrin müəllifidir. Onun rəsmləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır. Əli bəy Hüseynzadə 1940-cı ildə martın 17-də İstanbulda vəfat edib.

Görkəmli ədibin anadan olmasının 150 illiyi Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə silsilə tədbirlərlə qeyd olunub.

Onun adı Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Paylaş

Xəbər lenti

"İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR