
Biləsuvar rayonunda yük avtomobili sərnişin mikroavtobusu ilə toqquşub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt - Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yük avtomobilinin "Ford" markalı sərnişin mikroavtobusu ilə toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onların şəxsiyyəti dəqiqləşdirilir.
Məlumata görə, "Ford" Şirvan şəhərinə gedirmiş.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.