
Biləsuvarda yol qəzasında xəsarət alan qadın Bakıya təxliyə olunub.
"AVESTA.AZ"un Muğan bürosunun məlumatına görə, bu gün Biləsuvar rayonunda ağır yol qəzasında xəsarət alan 6 nəfərdən biri - Biləsuvar rayon sakini, 1996-ci il təvəllüdlü Amina Mehralıyeva Bakıda yerləşən xəstəxanalardan birinə təxliyə edilib.
Qeyd edək ki, hadisə bu gün köhnə Ələt - Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yük avtomobilinin "Ford" markalı sərnişin mikroavtobusu ilə toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.