
Böyük Britaniyanın Müdafiə Nazirliyi martın 2-də Cənubi Kipr Rum Administrasiyasında yerləşən Kral Hərbi Hava Qüvvələrinin (RAF) Akrotiri bazasına edilən dron hücumu ilə bağlı açıqlama yayıb.
AVESTA.AZ xarici mediaya istinadən xəbər verir ki, bazanı hədəf alan "Şahid" tipli pilotsuz uçuş aparatı İrandan havaya qalxmayıb.
Açıqlamada qeyd olunub ki, Böyük Britaniya Yaxın Şərqdə öz maraqlarını və müttəfiqlərini qorumaq məqsədilə bölgədə "F-35B" və "Typhoon" qırıcılarının gecə uçuşlarını davam etdirir. Son 24 saat ərzində isə həm Britaniyaya məxsus, həm də müttəfiq ölkələrin bazalarında müdafiə sistemləri gücləndirilib.
Bildirilib ki, dronlara qarşı mübarizə imkanlarına malik "Wildcat" helikopterləri də Kiprə göndərilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.