19-12-2022, 17:23 837

Səudiyyəli iş adamları Azərbaycanda “yaşıl energetika” və kənd təsərrüfatı sahələrinə sərmayə yatırmaq istəyir

Səudiyyə Ərəbistanında Azərbaycanda energetika, xüsusilə “yaşıl energetika”, kənd təsərrüfatı, eko-turizm kimi sahələrə sərmayə yatırmağa maraqlı olan investorlar var.

"AVESTA.AZ" xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramovla görüşündə Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih bildirib.

Görüşdə ikitərəfli münasibətlərin inkişafının yüksək səviyyədə olduğu vurğulanaraq, iqtisadi-ticari, investisiya, kənd təsərrüfatı, energetika, alternativ enerji resurslarının inkişafı və digər sahələrdə geniş əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın dost Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq formatlarda da faydalı əməkdaşlığın mövcud olduğunu bildirən nazir Ceyhun Bayramov, bir sıra təşkilatlar çərçivəsində iki ölkənin bir-birinə qarşılıqlı dəstəyi davam etdirdiyini söyləyib. Səudiyyə Ərəbistanının, xüsusilə də BMT və İƏT çərçivəsində ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyi və ədalətli mövqeyini yüksək qiymətləndirdiyi bildirilib.

Nazir iqtisadi əməkdaşlığın prioritet istiqamətləri kimi enerji, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıq imkanlarını qeyd edib, həmçinin alternativ enerji, xüsusilə külək enerjisinin inkişafı üçün ölkəmizin böyük potensiala malik olduğunu vurğulayıb. Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın iclasının uğurla keçdiyi və iki ölkə arasında biznes forumlarının əhəmiyyəti qeyd edilib.

İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri və bu istiqamətdə Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq imkanları barədə müzakirə aparılıb.

Səudiyyə Ərəbistanı investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər zamanı görülən işləri və qazanılan nailiyyətləri təqdir edib. Səudiyyə Ərəbistanında ölkəmizdə energetika, xüsusilə “yaşıl energetika”, kənd təsərrüfatı, eko-turizm kimi sahələrə sərmayə yatırmağa maraqlı olan investorların olduğunu qeyd edən nazir Səudiyyə Ərəbistanının bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb.

Görüşdə tərəflər, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər və regional səviyyədə baş verən proseslər ətrafında fikir mübadiləsi aparıb.

Paylaş

Xəbər lenti

Denis Şmıqal: Azərbaycan şirkətlərinin Ukraynanın bərpasında iştiraka dəvət edirik Bu gün, 00:48 Nazir: Azərbaycandan Ukrayna vasitəsilə Avropaya gedəcək logistika yollarını hazırlamaq lazımdır Bu gün, 00:48 Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib Bu gün, 00:48 Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq Bu gün, 00:48 6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür Bu gün, 00:48 Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək Dünən, 23:48 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi Dünən, 23:48 Mingəçevirdə usta iş başında öldü Dünən, 23:48 Qobustanda zəhərlənən şəxslər AAYDA əməkdaşları imiş Dünən, 23:48 Sibel Canın sevgilisi ev dustaqlığına buraxıldı Dünən, 22:48 Şəhid bulağına gələn su qəsdən dayandırılıb? - İcra hakimiyyəti ittiham edildi Dünən, 22:48 Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi Dünən, 22:48 Melaniya Tramp Oleşkidəki atəşkəsin davamlı sülhə doğru addım olacağına ümid edir Dünən, 22:48 Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb Dünən, 22:48 Tanışlıq saytlarında YENİ DƏLƏDUZLUQ: İnsanları aldadıb şantaj edirlər Dünən, 22:48 10 rayonda torpaqlar satışa çıxarılır - Ən ucuz və bahalı sahələr açıqlandı Dünən, 21:48 Rəhbərlərə 3 600, müavinlərə 3 115 manat maaş veriləcək Dünən, 21:48 Türkiyədə DƏHŞƏT: Üç kənddə silahlı hücum, 9 nəfər öldürüldü Dünən, 21:48 Bu ünvanlarda köhnə evlər sökülür – 20 kv. artıq mənzil veriləcək Dünən, 21:48 İsrail və Almaniya 2027-ci il üçün enerji sahəsində əməkdaşlıq proqramı imzalayıb Dünən, 20:48 Günəşdə böyük dəlik aşkar edildi Dünən, 20:48 Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq Dünən, 20:48 Təsərrüfat sahibləri üçün yenilik Dünən, 20:48 İş axtaranlara şad xəbər Dünən, 20:48 Sahibə Qafarova Qazaxıstana səfər edib Dünən, 19:48 Nepalda vətəndaşlara Azərbaycan və Kanadada iş vəd edən dələduzlar saxlanılıb Dünən, 19:48 Ronaldo geri dönmək üçün şərt irəli sürə bilər - Gözlənilməz iddia Dünən, 19:48 Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək Dünən, 19:48 DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək Dünən, 19:48 Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq Dünən, 18:48 24 tona yaxın yararsız hind quşu əti məhv edildi Dünən, 18:48 Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində növbəti matçını keçirib Dünən, 18:48 Elvin Quliyev: "Yığmada gənc oyunçulara şans vermək istəyirik ki, onlar inkişaf etsinlər" Dünən, 18:48 Müddətsiz əlilliyi olan şəxslər yenidən müayinəyə çağırıla bilər - SƏBƏBLƏR Dünən, 18:48 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib Dünən, 18:48 Husilər Səudiyyə Ərəbistanı ilə sülh üçün külli miqdarda pul tələb etdilər Dünən, 18:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Zəngəzurun qədim türk kəndi - Xələc Dünən, 17:48 Onlar COP31-də çxış edəcəklər Dünən, 17:48 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb Dünən, 17:48 Sumqayıtda aptekdən 35 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 17:48 Bakıda külək əsir, bəzi bölgələrdə yağış yağır - Faktiki hava Dünən, 17:48 Vilayət Eyvazov DİN-in strukturlarında xidmət etmək istəyən vətəndaşların sıra baxışını keçirib Dünən, 17:48 Azərbaycanlı müğənni evindəki 20 min manatlıq qızıl məcməyini nümayiş etdirdi Dünən, 17:48 Rusiyada Yeni il şənlikləri üçün bu iki müğənnini seçirlər Dünən, 17:48 Rayonun işğalından sonra doğulmuş şəxslər məcburi köçkün statusu ala biləcəklər Dünən, 17:48 Bir qrup media nümayəndəsi təltif edilib - SƏRƏNCAM Dünən, 16:48 İlham Əliyev brazilyalı həmkarını təbrik edib Dünən, 16:48 Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR