
Fransada keçirilən ümumxalq etirazları fonunda Parisin əsas turistik məkanlarından biri olan Eyfel qülləsi ziyarətçilər üçün bağlanıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.
Bildirilib ki, noyabrın 5-də Fransada həmkarlar ittifaqlarının təşkilatçılığı ilə ümumxalq nümayişləri keçirilir. Bir neçə min insanın qatıldığı aksiyalarda etirazçılar əməkhaqlarının artırılmasını və əhalinin alıcılıq qabiliyyətinin yaxşılaşdırılmasını tələb edirlər.
Fransa hakimiyyəti ölkə üzrə etirazlarda 780 min nəfərədək insanın iştirak edə biləcəyini proqnozlaşdırır. Onlardan 80 min nəfərə qədərinin Parisdə küçələrə çıxacağı gözlənilir.
Xatırladaq ki, etiraz dalğası sentyabr ayında paytaxt ətrafındakı tələbə və məktəblilərin mitinqləri ilə başlayıb. Həmin vaxt nümayişçilər təhsil şəraitinin yaxşılaşdırılmasını tələb ediblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.