
Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Donetsk vilayətinin Baxmut şəhərinə səfər edib.
“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, dövlət başçısının səfəri barədə əvvəlcədən məlumat verilməyib.
V.Zelenskinin səfərinin təfərrüatları açıqlanmayıb.
Qeyd edək ki, Baxmut istiqaməti bütün cəbhə xətti boyunca ən qaynar istiqamətlərdən biridir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.