
Polşanın Krakov şəhərinin mərkəzi bazar meydanında baş verən silahlı insident nəticəsində ölənlərin sayı beş nəfərə çatıb. Hadisə zamanı 10-dan çox insan yaralanıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə Malopolska vilayətinin polisi yerli mediaya məlumat verib.
Polisin bildirdiyinə görə, hücumu törədən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarının açdığı atəş nəticəsində yaralanıb. O, xəstəxanaya aparılır.
Hadisə yerində təcili tibbi yardım və digər operativ xidmətlərin əməkdaşları fəaliyyətlərini davam etdirirlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.