Bu gün, 20:48 91

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

2027-ci ildə Azərbaycanda dövlət investisiya xərclərinin təxminən iki dəfə artırılaraq 5.3 milyard manata çatdırılması nəzərdə tutulur. Büdcə vəsaitinin bu istiqamətdə əhəmiyyətli dərəcədə artırılması onun hansı layihələrə yönəldiləcəyi və iqtisadiyyata nə kimi fayda verəcəyi məsələsini gündəmə gətirir. Bəs investisiya xərclərinin kəskin artırılmasının arxasında hansı iqtisadi səbəblər dayanır? Bu vəsaitin vətəndaşların rifahına və özəl sektorun inkişafına real təsiri nədən asılı olacaq?

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Büdcə gəlirlərinin dayanıqlığı baxımından əhəmiyyətlidir"

Millət vəkili Rövşən Muradovun sözlərinə görə, Azərbaycanın dövlət investisiya siyasətində əsas meyar milli sərvətlərin davamlı istehsal imkanlarına və vətəndaşların rifahına çevrilməsidir. "Azərbaycan 2030" Milli Prioritetlərində də dövlət sərmayəsinin səmərəliliyinin artırılması, iqtisadiyyatın şaxələndirilməsi və özəl təşəbbüslərin genişləndirilməsi mühüm istiqamətlər kimi müəyyənləşdirilib. Neft gəlirlərinin məhsuldar aktivlərə yönəldilməsi uzunmüddətli iqtisadi dayanıqlığın təmin olunmasına xidmət etməlidir.

"2027-ci ilin dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu üçün 5.3 milyard manat nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş 2.7 milyard manatlıq göstəricisindən 96.3 faiz çoxdur. Bununla yanaşı, ortamüddətli proqnozda ümumi əsaslı xərclər 13.8 milyard manat göstərilir ki, bu da 2026-cı ilin planından 1.7 faiz azdır. Bu göstəricilərin fərqli xərc kateqoriyalarını əhatə edib-etmədiyi dəqiqləşdirilməli, investisiya artımının real miqyası layihələr üzrə bölgü və qiymət dəyişiklikləri nəzərə alınmaqla qiymətləndirilməlidir", - deyə deputat bildirib.

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

R.Muradovun sözlərinə görə, artımın mümkün səbəbləri sırasında davam edən layihələrin daha çox maliyyə tələb edən mərhələyə keçməsi, yeni dövlət proqramlarının icrası və istehsalın inkişafına mane olan infrastruktur problemlərinin aradan qaldırılması yer ala bilər.

"Neft hasilatının azalması şəraitində qeyri-neft sektorunun məhsuldarlığının yüksəldilməsi də gələcək büdcə gəlirlərinin dayanıqlığı baxımından əhəmiyyətlidir. Dövlət investisiyaları tikinti, yerli material istehsalı, yükdaşıma və mühəndislik xidmətlərinə tələbatı artırmaqla müəssisələrin fəaliyyətini və məşğulluğu dəstəkləyə bilər. Daha uzunmüddətli fayda isə infrastrukturun istehsal xərclərini azaltmasından asılıdır. Məsələn, suvarma imkanlarının yaxşılaşdırılması kənd təsərrüfatında məhsuldarlığı artıra, etibarlı enerji təchizatı istehsal itkilərini azalda, nəqliyyat əlaqələri isə məhsulların bazara çatdırılmasını asanlaşdıra bilər", - deyə o qeyd edib.

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Deputatın fikrincə, bu faydaların özəl sahibkarlığa ötürülməsi dövlət satınalmalarında rəqabətin səviyyəsindən, kiçik və orta müəssisələrin layihələrdə iştirak imkanlarından, eləcə də müqavilələr üzrə ödənişlərin vaxtında həyata keçirilməsindən asılıdır.

"İnfrastrukturun inkişafı ilə yanaşı, maliyyəyə çıxışın və bazar imkanlarının genişləndirilməsi yerli təchizat zəncirlərini gücləndirə, sahibkarların yeni istehsal sahələri yaratmasına və əlavə kapital cəlb etməsinə şərait yarada bilər. Vətəndaşlar üçün əsas fayda iş yerlərinin, sabit gəlirlərin və keyfiyyətli xidmətlərin artmasıdır. Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun sahibkarlıq və məşğulluq imkanları ilə tamamlanması Böyük Qayıdışın iqtisadi dayanıqlığını gücləndirə bilər", - deyə R.Muradov bildirib.

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

"Dövlət investisiyaları özəl sektorun inkişafına şərait yaratmalıdır"

İqtisadçı Asif İbrahimli isə investisiyaların iqtisadiyyata faydasının onların hansı layihələrə yönəldilməsindən asılı olduğunu bildirib.

"Dövlət investisiyalarının planlaşdırılmasında əsas məqsəd özəl sektorun inkişafına şərait yaratmaq və xarici investisiyaları cəlb etmək olmalıdır. Dövlət, ilk növbədə, yol, enerji, su təchizatı, nəqliyyat, rəqəmsal infrastruktur və sosial obyektlər kimi ümumi iqtisadi inkişaf üçün vacib sahələrə vəsait ayırmalıdır. Keyfiyyətli infrastruktur sahibkarların istehsal müəssisələri qurmasını asanlaşdırır. Onlar üçün hüquqlarının qorunması və qanunvericiliyin sabitliyi də vacibdir", - deyə iqtisadçı qeyd edib.

A.İbrahimlinin sözlərinə görə, dövlətin istehsal sahələrinə birbaşa vəsait yatırması məsələsinə daha diqqətlə yanaşmaq lazımdır. Dövlət hər sahədə zavod və fabrik tikməyə, kommersiya fəaliyyəti ilə məşğul olmağa və özəl sektorla rəqabət aparmağa məcbur deyil.

"Onun əsas vəzifəsi sahibkarların qarşısındakı maneələri aradan qaldırmaq, sağlam rəqabəti təmin etmək və investisiya mühitini yaxşılaşdırmaqdır. Xarici investisiyaların cəlb edilməsi də xüsusi əhəmiyyət daşıyır. Xarici investor ölkəyə yalnız vergi güzəştlərinə görə gəlmir. Onun üçün hüquqi təminat, şəffaf satınalma sistemi, müstəqil məhkəmə müdafiəsi, proqnozlaşdırıla bilən iqtisadi siyasət və bazara bərabər çıxış imkanları da vacibdir. İnvestisiyaların hüquqi müdafiəsi və biznes qərarlarına əsassız müdaxilənin qarşısının alınması yeni texnologiyaların, idarəetmə təcrübəsinin və əlavə iş yerlərinin ölkəyə gətirilməsinə kömək edə bilər", - deyə A.İbrahimli bildirib.

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

"Belə qərarlar iqtisadi cəhətdən əsaslandırılmalıdır"

İqtisadçının fikrincə, dövlət investisiyalarının artması özlüyündə iqtisadi inkişafın göstəricisi deyil. Əsas məsələ ayrılan vəsaitin qeyri-neft sektorunun inkişafına, özəl sərmayələrin artımına və daimi iş yerlərinin yaradılmasına nə dərəcədə töhfə verməsidir.

"Bəzi strateji və kommersiya baxımından cəlbedici olmayan sahələrdə dövlətin birbaşa iştirakı zəruri ola bilər. Lakin belə qərarlar iqtisadi cəhətdən əsaslandırılmalı, vəsaitin istifadəsi şəffaf olmalı və layihələrin uzunmüddətli faydası qiymətləndirilməlidir", - deyə iqtisadçı vurğulayıb.

Paylaş

Xəbər lenti

Bakıda döyüş açılışı növü üzrə yarışlar keçirilib Bu gün, 20:48 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb Bu gün, 20:48 Britaniya səfiri: Naxçıvan regional bağlantıların gücləndirilməsi baxımından böyük potensiala malikdir Bu gün, 20:48 Azərbaycanlı məşqçilər 47-ci "Tennis Europe" Məşqçilər Konfransında iştirak ediblər! Bu gün, 20:48 İlham Əliyev: Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır! Bu gün, 20:48 Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək? Bu gün, 20:48 Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir? Bu gün, 19:48 "ASAN xidmət"in ixrac coğrafiyasına yeni ölkələr daxil olur Bu gün, 19:48 Ermənistan TRIPP layihəsi çərçivəsində İrana qarşı addımlar atmayacağını açıqladı Bu gün, 19:48 "Haber Global" 8 Noyabr - Zəfər günü ilə əlaqədar videoçarx təqdim edib Bu gün, 19:48 Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər Bu gün, 19:48 58 yaşlı kişini maşın vurub öldürdü Bu gün, 18:48 Azərbaycanın U-21 millisinin heyəti açıqlandı - Nəriman Axundzadə milliyə çağırılmadı Bu gün, 18:48 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb Bu gün, 18:48 "Euronews": Bakıdakı AIREX sərgisi daşınmaz əmlakın inkişafına müxtəlif yanaşmaları təqdim edib Bu gün, 18:48 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq Bu gün, 18:48 XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir Bu gün, 18:48 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 18:48 Sabaha güclü külək gözlənilir - XƏBƏRDARLIQ Bu gün, 17:48 Novxanıda maşın aşıb Bu gün, 17:48 "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib Bu gün, 17:48 "Şamaxinka"da beş və doqquzmərtəbəli binalar sökülə bilər Bu gün, 17:48 Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" Bu gün, 17:48 Azərbaycanda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı Bu gün, 16:48 Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb Bu gün, 16:48 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər Bu gün, 16:48 Ucarda "Sprinter" aşdı - Xəsarət alan var Bu gün, 16:48 "Zəfər kuboku" minifutbol turnirinin qalibləri müəyyənləşib Bu gün, 16:48 SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı Bu gün, 15:48 Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb Bu gün, 15:48 Günəşdə alışmaların sayı artıb - Alimlərdən XƏBƏRDARLIQ Bu gün, 15:48 Jurnalist Elnur Şükürov həbs edildi Bu gün, 15:48 FHN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib Bu gün, 15:48 İtaliya klubu Torreyra üçün hərəkətə keçməyə hazırlaşır Bu gün, 14:48 Məşhur aktrisa 88 yaşında vəfat etdi Bu gün, 14:48 Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb Bu gün, 14:48 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub Bu gün, 14:48 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 14:48 Bakıda yağışdan sonra bəzi küçələr gölməçəyə dönüb Bu gün, 14:48 Ərdoğan: Cənubi Qafqaz artıq əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır Bu gün, 14:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub Bu gün, 14:48 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib Bu gün, 13:48 Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib Bu gün, 13:48 Üçrəngli Bayrağın Naxçıvanda dövlət rəmzi qəbul edilməsi Azərbaycanda milli azadlıq hərəkatına təkan verdi - Rəy Bu gün, 13:48 Bakıda yağış fəsadlar törədib - Bəzi yolları su basıb Bu gün, 13:48 Yol polisindən yağışlı hava ilə bağlı MÜRACİƏT Bu gün, 13:48 Bayram günlərində metro fərqli işləyəcək Bu gün, 13:48 Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR