
Gəncə şəhərində “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində könüllü qanvermə aksiyası təşkil olunub.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, aksiya Gəncə Şəhər İcra Hakimiyyətinin və Milli Hematalogiya və Transfuziologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzi Qan Bankının Gəncə Bölməsində reallaşıb.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər sakinləri iştirak ediblər.
Xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun qan qrupu müəyyən edilib, onların səhhətində hər hansı bir problemin olmadığı aşkarlandıqdan sonra qanvermə aksiyasına start verilib.
Tədbirin keçirilməsində məqsəd hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların qan ehtiyaclarının artırılmasına təmənnasız kömək etmək olub.
Qeyd edək ki, aksiya səhər saatlarından başlayaraq gün ərzində davam edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.