
ABŞ ordusunun hücumları nəticəsində bir neçə İran təyyarəsi məhv edilib.
AVESTA.AZ "The Times of Israel"ə istinadən xəbər verir ki, Amerika ordusu İranın cənubundakı Kerman hava limanına zərbələr endirdib.
Nəticədə İranın yük təyyarələri və digər təyyarələr məhv edilib.
ABŞ Mərkəzi Komandanlığının yayımladığı videoda "Lockheed C-130 Hercules", "Lockheed P-3 Orion" və "Ilyushin Il-76" təyyarələrinə endirilən zərbələrin kadrları əks olunub.
"İran hava imkanlarını gündən-günə itirir. ABŞ qüvvələri yalnız İran təhdidlərindən müdafiə olunmur, həm də onları metodik şəkildə məhv edir"- deyə ABŞ Mərkəzi Komandanlığının yayımladığı məlumatda qeyd edilib.
The Iranian regime is losing air capability day by day. U.S. forces aren’t just defending against Iranian threats, we are methodically dismantling them. pic.twitter.com/CrJj2nFtHB
— U.S. Central Command (@CENTCOM) March 12, 2026
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.