
Britaniyanın nüvə sualtı qayığı Yaxın Şərqdə mövqe tutub.
BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.
Bildirilib ki, Britaniyanın "HMS Anson" adlı nüvə sualtı qayığı Yaxın Şərqə çatıb və Ərəb dənizində mövqe tutub.
Qeyd olunub ki, sualtı qayıq min milə qədər zərbə mənzilinə malik "Tomahawk Block IV" quru əsaslı raketləri, eləcə də ağır "Spearfish" torpedaları ilə təchiz olunub.
Məqalədə o da deyilib ki, sualtı qayıq 6 martda Avstraliyanın Pert limanını tərk edərək Ərəbistan dənizinin dərin sularında mövqe tutub.
Nəşr yazıb ki, bu, münaqişənin gərginləşməsi halında Britaniya Hərbi Dəniz Qüvvələrinin İrana mümkün hücumu demək ola bilər.
Xatırladaq ki, daha əvvəl 20-dən çox ölkənin Hörmüz boğazından təhlükəsiz keçidi təmin etmək istəyini bildirdiyi bildirilib.
22 imza atmış ölkənin bəyanatı Birləşmiş Ərəb Əmirliklərinin ( BƏƏ ) Xarici İşlər Nazirliyi tərəfindən dərc edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.