
İran hakimiyyəti Həmədan, Loristan və Kirman əyalətlərində İsrail və ABŞ xüsusi xidmət orqanlarına məlumat ötürməkdə şübhəli bilinən 30 nəfərin saxlanıldığını açıqlayıb.
AVESTA.AZ xəbər verir ki, İran KİV-i ölkənin Kəşfiyyat Nazirliyinə istinadən yayıb.
Bildirilib ki, saxlanılanlardan 24 nəfər Həmədan əyalətində yerləşən hərbi, hüquq-mühafizə və digər güc strukturlarına aid obyektlərin koordinatlarını, eləcə də mühafizəçilərin və hərbi texnikanın yerləşdiyi məkanları qarşı tərəfə ötürməkdə şübhəli bilinir.
Loristan əyalətində 4 nəfərin məlumat topladığı, daha 2 nəfərin isə Kirman əyalətində silah keçirməyə cəhd etdiyi qeyd olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.