
Suriya və Almaniya prezidentləri Berlinda görüşərək iki ölkə arasındakı ikitərəfli münasibətləri və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.
AVESTA.AZ SANA-ya istinadən xəbər verir ki, hər iki tərəf qarşılıqlı fəaliyyətin artırılmasında maraqlı olduqlarını bildiriblər.
Görüş çərçivəsində Əhməd əş-Şəraa həmçinin Berlində keçirilən Alman-Suriya biznes forumunda iştirak edib.
O, investisiyaların təşviqi üçün Suriyada investisiya qanunvericiliyində əhəmiyyətli dəyişikliklərin edildiyini açıqlayıb və ölkənin infrastruktur və neft-qaz ehtiyatlarına yatırımlar üçün geniş imkanlar təqdim etdiyini vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.