
Çilinin Vina del Mar kurort şəhərində meşə yanğınları nəticəsində azı iki nəfər ölüb, daha 30 nəfər yanıq xəsarətləri alıb.
"AVESTA.AZ" bu barədə "Euronews"a istinadən xəbər verir.
Şəhərdə 130-a yaxın ev tamamilə dağılıb.
Yanğın saatda 50 km-ə çatan güclü küləyin təsirindən sürətlə yayılaraq, təxminən 125 hektar ərazini əhatə edib. Bir neçə rayonun sakinləri təxliyə edilməli olub.
Çili Prezidenti Qabriel Boric ölkədə fövqəladə vəziyyət elan edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.