
Elm və təhsil naziri, "Neftçi" futbol klubunun Müşahidə Şurasının üzvü Emin Əmrullayev sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
AVESTA.AZ xəbər verir ki, nazirin bu paylaşımı ilə dünən keçirilən "Zirə" - "Neftçi" matçındakı (1:1) mübahisəli epizoda eyham vurduğu ehtimal olunur.
E.Əmrullayev "Neftçi"yə dəstəyini ifadə etmək üçün klubun emblemini paylaşıb.
Xatırladaq ki, sözügedən oyundan sonra "Neftçi" klubu sosial şəbəkələrdə paylaşımlar edərək, 90+4-cü dəqiqədə buraxılan qolu, baş hakim İnqilab Məmmədovu və VAR hakimlərini tənqid edib. Paylaşımda "Bütün Azərbaycanın gördüyü ofsayd hakimlər və VAR-ın gözündən yayındı. Yoxsa elə ssenari bu imiş?" ifadələri yer alıb.
Qeyd edək ki, həmin epizoda etiraz etdikləri üçün baş məşqçi Yuri Vernidub və bəzi futbolçular qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.