
Avstriyada uşaq qidası məhsullarından birində zəhərli maddə tapılması ciddi narahatlıq yaradıb.
BAKU.WS-in Reuters agentliyinə istinadən verdiyi məlumata görə, polis HiPP şirkətinə məxsus məhsul bankalarından birində zəhər izləri aşkar edib.
Araşdırmaya bir alıcının şikayəti səbəb olub. Təhlükəsizlik riski nəzərə alınaraq məhsul ölkə üzrə 1 500-dən çox mağazadan geri yığışdırılıb.
Məlumata əsasən, oxşar məhsullarda zəhərli maddə izləri Çexiya və Slovakiyada da qeydə alınıb.
Şirkət isə hadisənin təchizat zəncirinə kənar müdaxilə nəticəsində baş verdiyini açıqlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.