
Bakıda ölüm-dirim mübarizəsi aparan şəxs son anda xilas edilib.
AVESTA.AZ xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, kadrlar Mərkəzi Neftçilər Xəstəxanasının həyətində qeydə alınıb.
Videoda ürəyi dayanan xəstəyə həkimlərin dərhal müdaxilə etdiyi, ürək masajı tətbiq edərək onu yenidən həyata qaytardıqları görünür. Operativ və peşəkar müdaxilə sayəsində pasiyentin həyatı xilas olunub.
Həmin təsirli anları əks etdirən görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.