
"Facebook"un əsas şirkəti olan Meta süni intellekt sahəsinə yönələn xərcləri balanslaşdırmaq üçün kütləvi ixtisar qərarı alıb.
AVESTA.AZ xəbər verir ki, işçilərin təxminən 10 faizi - təqribən 8 min nəfər ixtisar ediləcək. Meta rəhbərliyi bu addımın şirkətin daha səmərəli idarə olunması və investisiyaların maliyyələşdirilməsi məqsədi daşıdığını bildirib.
Qərara əsasən, ixtisarlar 20 may tarixində həyata keçiriləcək. Şirkətdən ayrılan əməkdaşlara kompensasiya paketinin təqdim olunacağı da qeyd edilib.
Meta bu il üçün 135 milyard dollarlıq kapital xərcləri planlaşdırdığını açıqlamışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.