Bu gün, 09:48 67

Xaricdən mal sifariş verənlərə VACİB XƏBƏR: Gömrükdən sərt dəyişiklik

2026-cı ilin iyun ayının 1-dən etibarən elektron ticarət bəyannamələrinin təqdim edilmə qaydası dəyişir. Sözügedən tarixdən vətəndaşlar xaricdən alınan bağlamaları bəyan edərkən, identifikasiya nömrəsi (FİN kod və parol) ilə sistemə daxil olmaq kifayət etməyəcək və xidmət yalnız elektron imza vasitəsilə əlçatan olacaq.

Bununla bağlı Dövlət Gömrük Komitəsi vətəndaşlara xəbərdarlıq göndərib. Bildirilir ki, xidmətdən istifadə etmək üçün vətəndaşlar Asan İmza, SİMA və ya MYGOV/QR vasitəsilə sistemə daxil olmalıdırlar.

Hazırda xaricdən bağlamalar sifariş etdikdə vətəndaşlar e.customs.gov.az saytına və ya "Smart Customs" mobil tətbiqinə FİN kodu və parol ilə daxil olur, bağlamaya aid məlumatları doldurur və bəyannaməni təsdiqləyirlər. Mətbuatda "Bu il iyunun 1-dən etibarən identifikasiya nömrəsi ilə elektron ticarət bəyannamələri yazmaq mümkün olmayacaq" başlıqlı xəbərlər bəzi vətəndaşlar arasında çaşqınlıq yaradıb, bundan sonra xaricdən mal sifariş etməyin çətin olacağından narahatdırlar. Üstəlik, son zamanlar xaricdən sifariş edilən məhsulların gömrükdə saxlanılması ilə bağlı xəbərlərin fonunda bu qayda elektron ticarət həvəskarlarını təşvişə salıb.

Maraqlıdır, bu yeniliyin tətbiq edilməsi zərurəti haradan qaynaqlanır?

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Xaricdən mal sifariş verənlərə VACİB XƏBƏR: Gömrükdən sərt dəyişiklik

"SİMA-nın tətbiqi xüsusi texniki bilik tələb etmir"

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən "Kaspi" qəzetinə bildirilib ki, bu dəyişikliklər çərçivəsində vətəndaşların elektron xidmətlərdən daha təhlükəsiz və rahat istifadə etməsi məqsədilə yeni identifikasiya vasitələrinə keçid həyata keçirilir: "Bu baxımdan, vətəndaşlarımızı məlumatlandırmaq, maarifləndirmək və prosesə hazırlamaq məqsədilə bildiririk ki, 1 iyun 2026-cı il tarixinədək hər bir istifadəçi SİMA rəqəmsal imzanı smart mobil cihazına yükləməli və ondan istifadə qaydaları ilə tanış olmalıdır. Qeyd etmək istərdik ki, SİMA gündəlik istifadə üçün nəzərdə tutulmuş, sadə və təhlükəsiz identifikasiya vasitəsidir. Onun tətbiqi xüsusi texniki bilik tələb etmir. Bir daha vətəndaşlarımızı Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən bu zəruri və mütərəqqi dəyişikliyə anlayışla yanaşmağa və vaxtında hazırlıq görməyə çağırırıq".

"Bağlamaların bəyan edilməsində səhv və saxtalaşdırmanın qarşısı alınır"

Dövlət Gömrük Komitəsinin açıqlamasına görə, dəyişiklik xidmətin təhlükəsizliyini artırmaq, əməliyyatların düzgün və sürətli həyata keçirilməsini təmin etmək və vətəndaşların elektron imza vasitəsilə daha etibarlı giriş imkanına malik olmalarını təmin etmək məqsədi daşıyır. Başqa sözlə, məqsəd həm xidmətin rəqəmsal təhlükəsizliyini gücləndirmək, həm də bağlamaların bəyan edilməsində səhv və saxtalaşdırmanın qarşısını almaqdır.

Xaricdən mal sifariş verənlərə VACİB XƏBƏR: Gömrükdən sərt dəyişiklik

"FİN və parol modeli kibertəhlükəsizlik tələblərinə tam cavab vermir"

İKT üzrə ekspert Asim Namazov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, elektron ticarət bəyannamələrinin FİN və parol vasitəsilə deyil, yalnız gücləndirilmiş elektron identifikasiya üsulları - Asan imza, SİMA və MYGOV/QR üzərindən həyata keçirilməsi dövlətin rəqəmsal təhlükəsizlik və etibarlılıq siyasətinin məntiqi davamıdır: "Bu dəyişiklik ilk növbədə istifadəçi identifikasiyasının daha güclü və etibarlı mexanizmlərlə təmin olunmasına, eyni zamanda elektron ticarət əməliyyatlarında saxtakarlıq, üçüncü şəxslərin müdaxiləsi və məlumat sızması risklərinin azaldılmasına xidmət edir. FİN və parol modeli artıq müasir kibertəhlükəsizlik tələblərinə tam cavab vermir və bir çox ölkələr bu üsuldan mərhələli şəkildə imtina ediblər".

"İmza sahibinin məsuliyyəti dəqiq müəyyən edilir"

Mütəxəssis bildirir ki, digər mühüm məqam ondan ibarətdir ki, Asan imza və SİMA kimi həllər hüquqi baxımdan imza sahibinin məsuliyyətini dəqiq müəyyən edir: "Bu isə gömrük bəyannamələrinin hüquqi qüvvəsini gücləndirir və mübahisəli halların sayını azaldır. Xüsusilə elektron ticarətin sürətlə artdığı bir dövrdə bu, sistemin dayanıqlılığı üçün vacib amildir. Bununla yanaşı, keçid dövründə vətəndaşların və kiçik sahibkarların məlumatlandırılması və adaptasiyası xüsusi diqqət tələb edir. Texnologiya baxımından hazır olmayan istifadəçilər üçün bu dəyişiklik ilkin mərhələdə çətinlik yarada bilər. Odur ki, Dövlət Gömrük Komitəsinin indidən xəbərdarlıq etməsi və elektron imza əldə olunmasını tövsiyə etməsi düzgün və vaxtında atılmış addımdır".

Vətəndaşlar gömrükdə gecikmələrin qarşısını almaq üçün...

A.Namazovun sözlərinə görə, bu addım gömrük xidmətlərinin daha təhlükəsiz, şəffaf və beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaq. Vətəndaşlar isə gecikmələrin və texniki problemlərin qarşısını almaq üçün 2026-cı il iyunun 1-dən əvvəl müvafiq elektron imza vasitələrini əldə etməlidirlər.

Xaricdən mal sifariş verənlərə VACİB XƏBƏR: Gömrükdən sərt dəyişiklik

Sosial şəbəkə hesablarında iddia olunur ki, dəyişikliklərin əsas səbəblərindən biri bəzi sahibkarların yaşlı insanların və ya qohumlarının FİN kodunu və şifrəsini əldə edərək onların adından külli miqdarda sifarişlər verməsidir. Bu hallarda məhsullar faktiki olaraq kommersiya məqsədilə alınsa da, fiziki şəxslərin adına rəsmiləşdirildiyi üçün müəyyən güzəştlərdən sui-istifadə edilir. Bu isə həm sistemdə şəffaflıq problemləri yaradır, həm də fərdi idxal limitlərinin aşılmasına səbəb olur. Yəni, iyundan etibarən, hər bir şəxs yalnız öz adına olan məhsulu bəyan edəcək.

Vətəndaşlara tövsiyə olunur ki, iyun ayına qədər Asan İmza və ya SİMA elektron imzasını əldə etsinlər ki, malların bəyan edilməsində hər hansı çətinlik yaranmasın. Bu, xüsusilə xaricdən tez-tez sifariş verən şəxslər üçün vacibdir.

Paylaş

Xəbər lenti

Bakıda yolu keçən qadını avtomobil vurdu - DƏHŞƏTLİ QƏZANIN ANBAAN VİDEOSU Bu gün, 11:48 Azərbaycanda bu şəxslər hər ay "uşaq pulu" ala bilər Bu gün, 11:48 2025-ci ildə ən çox hərbi xərc çəkən ölkələrin adları açıqlanıb Bu gün, 11:48 İsraildə yeni siyasi ittifaq: Netanyahu hökumətdən kənarda qala bilər Bu gün, 11:48 Həftənin ilk günü qızıl bahalaşdı Bu gün, 11:48 Real hadisələrə əsaslanan və gündəm olan "Mikrorayon" serialı barədə bilinməyənlər... Bu gün, 11:48 İlham Əliyev Cənubi Afrika Respublikasının prezidentini təbrik edib Bu gün, 11:48 İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ Bu gün, 11:48 WUF13 üçün 800-dən çox media nümayəndəsi qeydiyyatdan keçib Bu gün, 11:48 Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub Bu gün, 11:48 Hansı qan qrupu sağlamlıq baxımından daha üstün sayılır? – Araşdırma Bu gün, 11:48 Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub Bu gün, 10:48 Yaxın 1 həftədə maqnit qasırğası gözlənilir? Bu gün, 10:48 Bakıda məktəbli oğlanı maşın vurub öldürdü Bu gün, 10:48 İran ABŞ-yə Hörmüz boğazının yenidən açılması ilə bağlı təklif irəli sürdü Bu gün, 10:48 Amnistiya aktının icrası başa çatıb, 22 935 şəxsə şamil edilib Bu gün, 10:48 Milli Qəhrəmanın gəlini onun adını daşıyan nəvəsinin fotosunu paylaşdı Bu gün, 10:48 Ata və oğul eyni turnirdə çempion oldu Bu gün, 10:48 Malidə müdafiə naziri sui-qəsd nəticəsində öldü: ölkədə matəm elan olundu Bu gün, 10:48 Həftə ərzində gündəm olan məsələlər "Xülasə"də Bu gün, 09:48 Rusiya və Avropa nüvə silahlarını işə salır? Bu gün, 09:48 Xaricdən mal sifariş verənlərə VACİB XƏBƏR: Gömrükdən sərt dəyişiklik Bu gün, 09:48 Tanınmış aktyor vəsiyyətini açıqladı: "Dəfn etməyə gələndə özünüzlə spirtli içki gətirin!" Bu gün, 09:48 Sərsəng su anbarında "Prezident Kuboku 2026" beynəlxalq reqatası başlayır Bu gün, 09:48 Stilisti öldürən şəxslə bağlı YENİ QƏRAR Bu gün, 09:48 Yasamalda 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb Bu gün, 09:48 Kür çayının aşağı axınına suyun buraxılması qərara alınıb Bu gün, 09:48 Sərbəst güləş üzrə Azərbaycan millisi altıncı dəfə Avropa çempionu olub Bu gün, 08:48 Bakıda 11-ci sinif şagirdi vəfat edib Bu gün, 08:48 Bakının bir sıra yollarında nəqliyyat sıxlığı yaranıb Bu gün, 08:48 Naxçıvanda ağır QƏZA: bir nəfər ölüb, üç nəfər xəsarət alıb Bu gün, 08:48 Gələn geri dönmür: Tovuzdakı kəndin sirri nədir? Bu gün, 08:48 İspaniyada lunaparkda qəza: "Steel Max" oyuncağının trosu qopdu, 4 nəfər yaralandı Bu gün, 00:48 Dani Bolta ağır itki Dünən, 23:48 Haitidə Belçikaya məxsus hərbi təyyarəyə atəş açılıb Dünən, 23:48 Livana zərbələr davam edəcək, hərbi təzyiq artırılacaq - Netenyahu Dünən, 23:48 Xəzər dənizində 4,2 maqnitudalı zəlzələ baş verib Dünən, 22:48 Yerli şirkətlərə xəbərdarlıq: Dəyişməsələr, bazarı tam itirəcəklər Dünən, 22:48 ABŞ İranın nüvə materiallarının ölkədən çıxarılmasını müzakirə edir - Tramp Dünən, 22:48 Ən çox qəlb qıran bürclər – kimlər emosiyalara daha sərt yanaşır? Dünən, 22:48 7 yaşlı Səid fitri istedadı ilə hər kəsi heyrətləndirdi Dünən, 21:48 Kürün İmişlidən keçən hissəsində su artımı stabilləşib Dünən, 21:48 İranda "İnternet Pro" məhdudiyyətləri müvəqqəti xarakter daşıyır Dünən, 20:48 Çexiyanın Baş naziri Azərbaycana gəlib Dünən, 20:48 Fransa ABŞ–İran danışıqları fonunda diplomatik həllə dəstək verdi Dünən, 20:48 Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Dünya Kubokunda qızıl medal qazanıb Dünən, 20:48 Süd BAHALAŞACAQ Dünən, 20:48 Premyer Liqa: "Şamaxı" "Kəpəz"i məğlub edib Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR