
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında məşhur yazıçı Pamela Treversin "Meri Poppins" nağılı əsasında hazırlanan eyniadlı tamaşasının premyerası keçirilib.
Baku TV-nin xəbərinə görə, balacaların və məktəbli tamaşaçıların böyük sevincinə səbəb olan birhissəli səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Nisə Həsənova, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Nəsibə Canəliyevadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova məxsusdur.
Səhnə əsərində Aydan Həsənzadə, Xaliq Bəkirov, Zemfira Əbdülsəmədova, Elşən Şıxəliyev, Zümrüd Quliyeva, Xəyalə Qasımova və Hüseyn Bayramov çıxış ediblər.
Aktrisa Zemfira Əbdülsəmədova bildirib ki, tamaşa həm uşaqlar, həm də böyüklər üçün örnək olacaq:
"Əsər çox maraqlıdır, klassikadır və klassika heç vaxt ölmür. Bu tamaşa ilə öz sözümüzü deyəcəyik".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.