
Qazaxıstanın Aktau şəhəri 2030-cu il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm Paytaxtı seçilib.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Bildirilib ki, bununla bağlı qərar Şuşa şəhərində İƏT-ə üzv ölkələrin turizm nazirlərinin 7-ci iclasında verilib.
"Şuşa - İƏT-in Turizm Paytaxtı 2026" çərçivəsində təşkil olunan görüşdə üzv dövlətlərin turizm nazirləri və nümayəndə heyətləri iştirak ediblər. Tədbirin əsas nəticələrindən biri olaraq üzv ölkələr arasında turizm sahəsində əməkdaşlığın gələcək prioritetlərini müəyyən edən "Şuşa Bəyannaməsi" qəbul olunub", - məlumatda qeyd edilib.
Qeyd edək ki, Aktau şəhəri 2030-cu il üçün İƏT-in Turizm Paytaxtı elan olunmaq məqsədilə vahid namizəd kimi irəli sürülmüşdü.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.