
Baku TV-nin efirində yayımlanan "Amin" verilişinin növbəti buraxılışı tamaşaçılara təqdim olunub.
Verilişin bu sayında Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu ilə mənəviyyat mövzusu müzakirə edilib.
O.Fikrətoğlu Allah xofunun əhəmiyyətini vurğulayaraq bildirib ki, Yaradandan qorxmayan insan cəmiyyət üçün təhlükə mənbəyidir:
"Düşünürəm ki, hər bir insanın qəlbində mütləq Allah qorxusu olmalıdır. Çünki Allahdan qorxmayan insan birmənalı olaraq təhlükəlidir".
Orxan Fikrətoğlu, həmçinin medianın idarə olunmasını milli təhlükəsizlik məsələsi kimi xarakterizə edərək, texnoloji tərəqqi fonunda milli yaddaşın qorunmasının vacibliyinə diqqət çəkib:
"Sosial şəbəkələrin və ümumiyyətlə, medianın idarə olunması birmənalı şəkildə təhlükəsizlik məsələsidir. Əgər biz sosial şəbəkələri milli maraqlar çərçivəsində təşkilatlandıra və milli yaddaşımızı süni intellektə yükləyə bilməsək, texnologiyanın qulu olacağıq".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.