8-05-2026, 10:48 62

Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət ediblər

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı, "Azərbaycan Hava Yollar" QSC-nin tərəfdaşlığı ilə şəhid ailə üzvlərindən ibarət 30 nəfərlik nümayəndə heyəti Türkiyənin Çanaqqala şəhərinə səfər edib.

AVESTA.AZ xəbər verir ki, artıq üçüncü ildir təşkil olunan səfərin ilk günündə nümayəndə heyəti "57-ci Alay Şəhidliyi", "Çanaqqala Şəhidlər Abidəsi", "Troya Atı Muzeyi", "Dəniz Muzeyi" və "Seyit Onbaşı Abidəsi"ni ziyarət edib.

Şəhid ailələri bu tarixi məkanlarda həlak olanların xatirəsini ehtiramla yad edərək dualar oxuyub, həmçinin Çanaqqalada yerləşən və azərbaycanlı şəhidlərin xatirəsinə ucaldılmış memorial abidəni ziyarət ediblər.

Səfərin ikinci günü Çanaqqala şəhərinin valisi Ömer Toraman şəhid ailə üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. O, Azərbaycandan olan şəhid ailələrini şəhərlərində görməkdən məmnunluq duyduğunu bildirib və səfərin iki qardaş xalq arasında mövcud dostluq və ortaq dəyərlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Nümayəndə heyəti şəhərdəki "Atatürk Abidəsi", "Zəfər Muzeyi", "Hisart Canlı Tarix Muzeyi" və "Nusret Mayın Gəmisi"ni ziyarət edib.

Səfər çərçivəsində Çanaqqalada yaşayan şəhid ailələri, Qazilər Dərnəyi, şəhid və qazi ailələrinin rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərən təşkilat rəhbərləri ilə görüş keçirilib. Görüş zamanı iki qardaş ölkənin şəhid ailələrini bir araya gətirən layihələrin davam etdirilməsi və gələcəkdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Səfərin növbəti mərhələsində nümayəndə heyəti İstanbul şəhərinə yollanıb. Şəhid ailələri burada Türkiyənin tarixi və mənəvi irsini əks etdirən mühüm məkanları ziyarət ediblər. Nümayəndə heyəti "Ayasofiya" məscidi, "Sultan Əhməd" məscidi və "Eyüp Sultan" məscidində olub, dualar edib və ortaq mənəvi dəyərləri ehtiramla yad ediblər. Daha sonra "Topqapı Sarayı" və "Qapalı Çarşı" ilə tanış olan şəhid ailələri İstanbulun zəngin tarixi-mədəni irsi barədə ətraflı məlumat əldə ediblər. Səfər çərçivəsində İstanbul şəhərində "Türkiye Harp Malulü Gaziler, Şehit Dul ve Yetimleri Derneği" nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı şəhid və qazi ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən fəaliyyətlər, iki qardaş ölkə arasında əməkdaşlıq imkanları və ortaq layihələrin gələcəkdə davam etdirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, beşgünlük səfər çərçivəsində şəhid ailələri tarixi və mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyan məkanları ziyarət edib, Azərbaycanın və Türkiyənin ortaq tarixində iz qoymuş qəhrəmanların xatirəsini yad ediblər. Layihə iki qardaş xalq arasında mənəvi birliyin, qarşılıqlı dəstək və həmrəyliyin daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Paylaş

Xəbər lenti

Ağ Ev: Trampla birlikdə Çinə iri biznes nümayəndə heyəti gedəcək Dünən, 23:48 Tokioda qatarda kimyəvi maddə panikası: yaralananlar var Dünən, 23:48 Yaz allergiyası olan şəxslərə xəbərdarlıq: bu qaydalara əməl edin Dünən, 23:48 Ukrayna atəşkəsi 16 mindən çox pozub Dünən, 22:48 Xankəndidə WUF13-ün ikinci hissəsi başlayıb Dünən, 22:48 Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur Dünən, 21:48 BƏƏ İranın göndərdiyi iki PUA-nın məhv edildiyini açıqladı Dünən, 21:48 Hantavirus aşkarlanan kruiz gəmisinin sərnişinləri təxliyə olunur Dünən, 21:48 Buxarestdə Heydər Əliyevin xatirəsi anılıb Dünən, 20:48 Azərbaycanı qlobal gücə çevirən strategiya Dünən, 20:48 İranın zənginləşdirilmiş uranı ölkədən çıxarılmayınca müharibə bitməyəcək Dünən, 20:48 Almanlar İrandakı müharibəyə görə şəxsi avtomobildən imtina edirlər Dünən, 19:48 İran ABŞ-nin təklifinə Pakistan vasitəsilə cavab göndərdi Dünən, 19:48 WUF13 könüllüləri Heydər Əliyevin 103 illiyinə həsr olunmuş fləşmob keçiriblər Dünən, 19:48 Azərbaycan cüdoçuları Avropa Kubokunda 9 medal qazanıblar Dünən, 19:48 Xameneidən İran ordusuna yeni tapşırıq Dünən, 18:48 Prezidentdən revanşist dairələrə XƏBƏRDARLIQ Dünən, 18:48 Zəngilandan dünyaya verilən mesaj: Regionda sülhün və inkişafın əsas təminatçısı Azərbaycandır Dünən, 18:48 Prezidentin Zəngilan sakinləri ilə səmimi anları Dünən, 18:48 "Bakı-Xankəndi" velosiped yarışının ilk mərhələsi yekunlaşıb Dünən, 17:48 Müşfiqabadda ağacəkmə aksiyası keçirilib Dünən, 17:48 WUF13-də iştirak etmək üçün qeydiyyatdan keçən ölkə və şəxslərin sayı açıqlanıb Dünən, 17:48 Qəzalı vəziyyətdəki işıq dirəyi təhlükə saçır Dünən, 16:48 Xızıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib Dünən, 16:48 Serbiyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb Dünən, 16:48 Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan tədbirlər keçirilib Dünən, 16:48 Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım edib Dünən, 16:48 Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib Dünən, 16:48 Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub Dünən, 15:48 Xankəndidə WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib Dünən, 15:48 Sabir Rüstəmxanlı: "Heydər Əliyev Azərbaycan tarixində silinməz iz qoyub" Dünən, 15:48 Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb Dünən, 15:48 Heydər Əliyevin şəxsi mühafizəçisi: "Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı" Dünən, 15:48 Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb Dünən, 14:48 Prezident: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik Dünən, 14:48 Alyona Əliyeva Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib Dünən, 14:48 Bakıda mənzildə yanğın baş verib Dünən, 14:48 "Haber Global" Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı süjet hazırlayıb Dünən, 14:48 Dövlət Xidmətində Ümummilli Lider Heydər Əliyevə həsr edilən silsilə tədbirlər təşkil olunub Dünən, 13:48 İlham Əliyev Zəngilanda inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak edib Dünən, 13:48 İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb Dünən, 13:48 İlham Əliyev "Zangilan City Park Hotel"in təməlini qoyub Dünən, 13:48 İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur Dünən, 13:48 Prezident: Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır Dünən, 13:48 Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək - Prezident Dünən, 13:48 Prezident: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq Dünən, 13:48 Azərbaycan Prezidenti: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq Dünən, 13:48 100 illik bina ilə bağlı diqqətçəkən vəziyyət Dünən, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR