Bu gün, 16:48 52

SOCAR Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirib

Bu gün müasir müstəqil Azərbaycanın qurucusu, ölkəmizin yeni enerji strategiyasının müəllifi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) tədbir keçirilib.

BAKU.WS xəbər verir ki, əvvəlcə SOCAR-ın Baş ofisində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

SOCAR-ın prezidenti Rövşən Nəcəf tədbirdə çıxış edərək xalqımızın taleyində dönüş yaradan, dövlətçilik tariximizdə silinməz iz qoyan böyük və dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın mürəkkəb tarixi sınaqlardan uğurla çıxarılması, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi və müasir Azərbaycanın formalaşdırılması istiqamətindəki misilsiz xidmətlərindən bəhs edib.

Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf kursunda milli enerji strategiyasının xüsusi yer tutduğunu söyləyən SOCAR prezidenti "Əsrin müqaviləsi" ilə əsası qoyulan enerji strategiyasının Azərbaycanın hərtərəfli inkişafına zəmin yaratdığını, ölkəmizin beynəlxalq enerji xəritəsində mövqeyini daha da gücləndirdiyini qeyd edib.

R. Nəcəf Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf konsepsiyasının bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirildiyini bildirib. Dövlətimizin başçısının qətiyyətli rəhbərliyi ilə tarixinin ən şanlı zəfərlərinə imza atan Azərbaycan bu gün regionda sabitlik, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar yaradır. Ölkəmiz bu gün yalnız regionda deyil, daha geniş coğrafiyada strateji layihələri və təşəbbüsləri uğurla reallaşdıran qabaqcıl dövlətlər sırasında yer tutur.

Görkəmli neftçi, qazmaçı İsrafil Hüseynovun qızı Gülnarə Hüseynova tədbirdə çıxış edərək Ulu Öndərin neftçilərə, onların ailələrinə göstərdiyi diqqət və qayğıdan, atasının Ümummilli Lider ilə bağlı xatirələrindən danışıb.

"SOCAR Upstream Operations Management" şirkətində İstismar əməliyyatları üzrə qrup rəhbəri Elmir Qocayev çıxışında Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan geniş imkanlardan bəhs edib.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, neft sənayemizin inkişafındakı xidmətlərini əks etdirən fotoşəkillərdən ibarət videoçarx müxtəlif müsabiqələrin qalibi İsmayıl Zülfüqarovun tarda müşayiəti ilə nümayiş etdirilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert proqramı ilə davam etdirilib. Əvvəlcə "Ritm" rəqs qrupunun ifasında milli rəqs nümunəsi təqdim olunub. Azərbaycanın Xalq Artisti Samir Cəfərov Ulu Öndərin sevdiyi, Vətənə məhəbbəti tərənnüm edən müxtəlif musiqi nömrələrini ifa edib.

Paylaş

Xəbər lenti

Meksikada məktəblilər yay tətilinə 40 gün tez çıxacaq Bu gün, 17:48 AFFA-dan "Qarabağ"a SƏRT CƏZA Bu gün, 17:48 Azərbaycanda direktor müavini öldü Bu gün, 17:48 Bu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ Bu gün, 17:48 İqtisadi Şuranın iclasında turizmin inkişafına dair qərarlar qəbul olunub Bu gün, 17:48 Polis kursantlarından Ulu öndərin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob Bu gün, 17:48 Dövlət Xidmətinə rəis müavini təyin olundu Bu gün, 17:48 UNEC-in əməkdaşı 55 yaşında vəfat etdi Bu gün, 17:48 Sevdiyi qızı qaçıran gəncə hökm oxunub Bu gün, 17:48 İranın hücumlarının qarşısı alındı - ABŞ Bu gün, 16:48 Qəbiristanlıqdan tapılan azyaşlı sığınacağa yerləşdirilib Bu gün, 16:48 Zaur Mirzəyev Şuşada yaşayıb-yaratmağın sevincini bölüşdü: "Möhtəşəm əsərlər olacaq" Bu gün, 16:48 Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub Bu gün, 16:48 Əmisi tərəfindən cinsi istismar olunduğunu iddia edən qızla bağlı SON XƏBƏR Bu gün, 16:48 Agentlik sədri: "Binalar tikilərkən məsafə, ekoloji, sosial faktorlar nəzərə alınmalıdır" Bu gün, 16:48 SOCAR Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirib Bu gün, 16:48 Azərbaycanın bəzi rayonlarına yağış, Qrız və Xınalıqda isə qar yağır - FAKTİKİ HAVA Bu gün, 16:48 Terror fəaliyyəti ilə bağlı YENİ CƏZALAR MÜƏYYƏNLƏŞDİ Bu gün, 16:48 Hacıqabul və Neftçalanın bəzi ərazilərində qaz olmayacaq Bu gün, 16:48 WUF13-də iştirak etmək üçün necə qeydiyyatdan keçmək olar? Bu gün, 16:48 Mütəxəssislərdən günəş kremi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 16:48 Nərimanovda premium mənzillər - 36 ayadək daxili kredit ilə - "Kristal" Bu gün, 15:48 Dərin narkoz zamanı beyin hələ də məlumatı emal edə bilir Bu gün, 15:48 Uğurlarından söz etdirən Şuşa şagirdləri: "Mühəndislik bacarıqlarını artırırlar" Bu gün, 15:48 Adriana Lima və Alessandra Ambrosio Trendyol ilə əməkdaşlığa başlayıb Bu gün, 15:48 "İçərişəhər"dəki işindən çıxdı, Parisdə yeni vəzifəyə təyin edildi Bu gün, 15:48 HONOR flaqmanı əlçatan edir: 200 MP kamera və "AI Şəkildən Videoya" funksiyasına sahib 600 seriyası Bu gün, 15:48 Keçmiş hərbi prokurorun qardaşı vəzifəsindən azad olundu Bu gün, 15:48 Pakistanda sərnişin avtobusu dərəyə aşdı: ölənlər və yaralananlar var Bu gün, 15:48 Simsiz qulaqlıqlardan niyə "tok" vurur? Bu gün, 15:48 Sakin Şuşanın özünəxas təbiəti barədə danışdı: "Əsas xeyirli sular buradadır" Bu gün, 15:48 XİN: Rusiyanın dövlət kanalında Azərbaycanın təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi qəbuledilməzdir Bu gün, 14:48 Bakı-Xırdalan-Bakı qatarlarının yenilənmiş qrafiklə - CƏDVƏL Bu gün, 14:48 AHİK-in təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib Bu gün, 14:48 Ceyhun Əliyev: "Balığın idxalına mərhələli şəkildə vergi tətbiq olunacaq" Bu gün, 14:48 Heydər Əliyev Fondu Çində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri təşkil edib Bu gün, 14:48 İtkin düşmüşdü - Meyiti zirzəmidə tapıldı Bu gün, 14:48 Qarabağın incisi sayılan Şuşa sürətlə dirçəlir Bu gün, 14:48 Növbəti köç karvanları Ağdam və Xocavənd şəhərlərinə çatıb, açarlar təqdim edilib Bu gün, 14:48 Azərbaycanda dövlət torpaqlarının icarə haqqının hesablanma qaydası dəyişib Bu gün, 14:48 Etibar Məmmədovun villasından minlərlə dolları oğurlayan şəxs: "Pulları Bilgəhdə qızlara xərclədim" Bu gün, 14:48 27 dərəcə isti olacaq Bu gün, 13:48 Hacıqabulda 16 yaşlı qızla oğluna toy edən ataya HÖKM OXUNDU Bu gün, 13:48 Çində sabiq müdafiə nazirlərinə edam hökmü verildi Bu gün, 13:48 ABŞ Yaxın Şərqdən çəkilmir, bölgəyə əlavə qüvvə göndərə bilər Bu gün, 13:48 "Xınalıq" restoranında ofisiant qəfil öldü Bu gün, 13:48 Köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim edilib Bu gün, 13:48 Nazir müavini: "Heyvandarlıqda yeni subsidiya modelləri tətbiq ediləcək" Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR