Bu gün, 14:48 90

Otuz üç il sonra gülümsəyən çöhrələr: Zəngilan 59 ailəyə qucaq açdı

İşğaldan azad olunan Zəngilan şəhərinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Zəngilan şəhəri bu gün 59 ailə olmaqla, 235 nəfərə qucaq açıb.

Qeyd edək ki, Zəngilan şəhərindəki ilk yaşayış kompleksi müasir standartlara uyğun şəkildə yenidən qurulub və sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Yaşayış kompleksinin ümumi ərazisi 2 hektardan artıqdır. Burada 12 bina inşa olunub. O cümlədən dörd ədəd (60 mənzilli) üçmərtəbəli, səkkiz ədəd (44 mənzilli) ikimərtəbəli "townhouse" tipli evlər tikilib. Kompleksdə, ümumilikdə, 104 mənzil var ki, onlardan da 84-ü sakinlər, 20-si isə xidməti istifadə üçündür. Mənzillər 2, 3, 4 və 5 otaqlıdır. Ərazidə uşaq və idman meydançaları, velosiped zolağı, yeraltı və yerüstü avtomobil dayanacaqları yaradılıb.

Zəngilanın Baş planına əsasən yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, məktəb, körpələr evi-uşaq bağçası və parkın yaxınlığında, ortasıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.

Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına qurtaran qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, bu gün doğma yurdlarında başlanan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.

*** 13:26

Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb, sakinlərə evlərinin açarları təqdim edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, kəndə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

Bu mərhələdə Şükürbəyli kəndinə 97 ailə (419 nəfər) köçürülüb.

*** 08:58

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Zəngilan şəhərinə 59 ailə (235 nəfər), Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 97 ailə (419 nəfər) köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Paylaş

Xəbər lenti

"Can veririk, bizə kömək edin!" - Kənddə qalan sakinlər fəryad edirlər Bu gün, 21:48 Xatirə İslam hava limanında 10 saat gözlədi Bu gün, 21:48 Avtobus dayanacağa 40 dəqiqəyə çatdı, sürücü ilə mübahisə düşdü Bu gün, 21:48 "Sabah"- "Zirə" oyununda hesab bərabərləşib Bu gün, 21:48 Röya və Əkbərin "Ay qız" mahnısı geri qaytarıldı - Plagiat iddiaları yalan çıxdı Bu gün, 21:48 Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir Bu gün, 20:48 "Sabah" - "Zirə" oyununda hesab açılıb Bu gün, 20:48 Bakı Dəmiryol Vağzalında vətəndaşları SEVİNDİRƏCƏK YENİLİK Bu gün, 20:48 İdris Cəfərov: "Həkimlər Nazimin ödünü çıxaranda qaraciyərini də zədələyiblər" Bu gün, 20:48 Ermənistanda revanşizm meyilləri və regionda artan siyasi gərginlik MÜZAKİRƏ EDİLDİ Bu gün, 19:48 Arvadı Makronu təyyarədə iranlı aktrisa ilə yazışmalarına görə sillələyib? Bu gün, 19:48 Ağciyər Xəstəlikləri İnstitutu vərəm xəstələrini evə buraxır? - İDDİA Bu gün, 19:48 SOCAR-ın prezidenti "Özbəkistanın nefti və qazı" 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib Bu gün, 19:48 Azərbaycan və Belarusun hərbi informasiya sahəsində nümayəndələrinin işçi görüşü keçirilib Bu gün, 19:48 "Neftçi"nin qızlardan ibarət komandası növbəti dəfə Azərbaycan çempionu olub Bu gün, 19:48 Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib Bu gün, 18:48 Məşhur generalın xanımı vəkilliyə başladı Bu gün, 18:48 Azərbaycan və Özbəkistan HHQ nümayəndələrinin görüşü olub Bu gün, 18:48 Türkiyədən evlənmək üçün Azərbaycana gəldi, küçədə qaldı: 67 minlik dələduzluq iddiası Bu gün, 18:48 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Hindistana təhvil verib Bu gün, 18:48 Bəzi yerlərdə intensiv yağış yağır, dolu düşüb - FAKTİKİ HAVA Bu gün, 18:48 Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri ilə görüşüb Bu gün, 17:48 Təqsirləndirilən şəxsi azadlığa buraxdıracağına söz verdi, özü həbsə düşdü Bu gün, 17:48 Bakıda "İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti" mövzusunda konfrans keçirilib Bu gün, 17:48 İbrahim İbrahimova yeni vəzifə verildi Bu gün, 17:48 SOCAR Özbəkistanda nümayəndəlik açacaq Bu gün, 17:48 Paytaxtda taksilərdə "BakıKart" ilə ödəniş etmək mümkün olacaq? Bu gün, 17:48 Rusiyada tikintidə işləməyə adam tapmırlar - 200000-dən çox işçi ÇATMIR Bu gün, 17:48 Sabah Salyan və Hacıqabulun bəzi kəndlərində qaz kəsiləcək Bu gün, 16:48 Sərhədçiləri görüb narkotiki dənizə atdılar - Xaçmazda saxlanılan İran vətəndaşlarından XƏBƏR VAR Bu gün, 16:48 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir Bu gün, 16:48 "Haber Global" Azərbaycanın TDT-dəki rolu ilə bağlı süjet hazırlayıb Bu gün, 16:48 Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb Bu gün, 16:48 Dövlət Komitəsi: Naxçıvanın Baş planı razılaşdırma mərhələsindədir Bu gün, 16:48 3 gün güclü külək əsəcək - XƏBƏRDARLIQ Bu gün, 16:48 Alimlər müəyyən etdi: kişilər daha tez vurulur, qadınlar isə daha dərin sevir Bu gün, 16:48 Bu şəxslər universitetə birbaşa qəbul ola bilər - DİM-dən xatırlatma Bu gün, 15:48 Londonda ölən 34 yaşlı azərbaycanlı hamilə qadın KİM İDİ? Bu gün, 15:48 "Screen International" jurnalının may buraxılışının üz qabığı Azərbaycana həsr olunub Bu gün, 15:48 Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təşkil ediləcək Bu gün, 15:48 Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar Bu gün, 15:48 Bloomberg: Qlobal neft ehtiyatları rekord sürətlə azalır Bu gün, 15:48 "Nar" WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib Bu gün, 15:48 Çin "Uzun Yürüş-6" raketi ilə yeni peyk qrupunu orbitə buraxdı Bu gün, 14:48 Həcc ziyarətinə yola düşəcək zəvvar təyyarələrinin uçuş qrafikləri məlum olub Bu gün, 14:48 Sabah bir neçə rayon və şəhərin qazı kəsiləcək Bu gün, 14:48 TƏBİB-də yüksək vəzifəyə TƏYİNATLAR Bu gün, 14:48 WUF13 akkreditasiya kartlarının veriləcəyi TARİX AÇIQLANDI - FOTO Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR