
Masazır qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 569 nömrəli avtobusda sərnişinlərlə sürücü arasında mübahsiə yaranıb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Bildirilir ki, avtobusun dayanacağa 40 dəqiqəyə gəlməsi sərnişinləri özündən çıxarıb. Avtobusa daxil olan sərnişinlər buna görə sürücüyüə etiraz ediblər.
Sürücü isə bir müddət avtobusu idarə etməkdən imtina edib və nəqliyyat vasitəsini yol kənarında saxlayıb. Sərnişinlər isə gecikməyə etiraz edərək vəziyyətdən təngə gəldiklərini bildiriblər.
Görüntüləri təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.