Bu gün, 12:48 74

Qarabağa investisiya ilə bağlı 39 ölkədən müraciət edilib

Qarabağ bölgəsinə investisiya qoyuluşu üçün daxil olmuş müraciətlər 39 ölkəni əhatə edir.

BAKU.WS Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov bildirib.

Onun sözlərinə görə, müraciətlər arasında Türkiyə, İran, Macarıstan, Qazaxıstan və Rusiyadan olan investorların payı daha çoxdur: "Bu, bölgəyə beynəlxalq marağın artdığını və Qarabağda yaradılan biznes mühitinin investorlar üçün cəlbedici olduğunu nümayiş etdirir".

"Hazırda xarici investorların iştirakı ilə bir sıra iri layihələr icra olunur. Həyata keçirilən təşəbbüslər çərçivəsində Türkiyənin "Dəmirörən" və "Dost Aqropark", Özbəkistanın "Agro Sonuat İnnovator" şirkəti tərəfindən nar bağlarının salınması, Litvanın AVİZ-də "Dominari" mebel klasteri, İsveçrənin AVİZ-də "Holcim" sement anbarı, Rusiyanın AVİZ-də "Kamaz" xidmət mərkəzi, Pakistanın "Azerbaijan Rice Processing Mill" MMC, eləcə də Belarusiyanın "Agrokombinat Dzerjinski" ASC quşçuluq təsərrüfatının yaradılması kimi layihələr həyata keçirir. Bu layihələr regionda istehsal və xidmət infrastrukturunun genişləndirilməsinə xidmət edir", - deyə vergi rəsmisi qeyd edib.

O, vurğulayıb ki, Qarabağ bölgəsində investisiya layihələrinin həyata keçirilməsi yalnız iqtisadi fəallığın artırılmasına deyil, həm də yeni iş yerlərinin yaradılmasına, yerli sahibkarlığın inkişafına və müasir texnologiyaların tətbiqinə şərait yaradır: "Xarici tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr bölgənin istehsal potensialının gücləndirilməsinə mühüm töhfə verir. Bölgədə müəyyən edilmiş prioritet istiqamətlərə uyğun olaraq kənd təsərrüfatı, turizm, emal sənayesi və xidmət sektoru əsas inkişaf sahələri kimi müəyyən edilib. Bu sahələr üzrə layihələrin icrası Qarabağın iqtisadi inteqrasiyasını sürətləndirir və dayanıqlı inkişaf modelinin formalaşmasına xidmət edir. Qarşıdakı dövrdə də xarici investorlarla əməkdaşlığın genişləndirilməsi və yeni layihələrin cəlb olunması istiqamətində işlər davam etdiriləcək".

Paylaş

Xəbər lenti

Muxtar Babayev: Azərbaycan Cənub–Cənub əməkdaşlığını gücləndirir Bu gün, 12:48 Akif İslamzadə xəstəxanadan evə buraxılıb Bu gün, 12:48 III kurs tələbəsi vəfat etdi Bu gün, 12:48 Səfərbərlik Xidməti bu şöbələri LƏĞV ETDİ Bu gün, 12:48 Gürcüstanda 7 azərbaycanlı gəncin öldüyü AĞIR QƏZA olub Bu gün, 12:48 Ceki Çanın yeni filminin çəkilişləri Azərbaycanda olacaq Bu gün, 12:48 Səhiyyə müəssisələrində lisenziya məsuliyyəti ilə bağlı qaydalar açıqlanıb Bu gün, 12:48 30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU Bu gün, 12:48 Yol polisi Sumqayıtda reyd keçirib Bu gün, 12:48 Qarabağa investisiya ilə bağlı 39 ölkədən müraciət edilib Bu gün, 12:48 Ukraynada Andrey Yermakla bağlı həbs qərarı verilib Bu gün, 11:48 Artıq "LANDAU School"da aylıq ödənişlə təhsil imkanı mövcuddur! Üstəlik, qidalanma daxil! Bu gün, 11:48 Hikmət Hacıyev: Bəzi ölkələr dekolonizasiya məsələsinə müqavimət göstərirlər Bu gün, 11:48 Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib Bu gün, 11:48 WUF13 iştirakçıları üçün bu istiqamətdə xüsusi avtobus fəaliyyətə başlayıb Bu gün, 11:48 Su kollektorunun üzərindəki 22 evin sökülməsi və kompensasiya təmin ediləcək Bu gün, 11:48 Paytaxtda nazirlər səviyyəsində görüş təşkil olunacaq Bu gün, 11:48 Pensiyalarla bağlı ŞAD XƏBƏR! ÖDƏNİLDİ Bu gün, 11:48 DQİDK-nin dəstəyi ilə İlahiyyat İnistutunda layihə həyata keçirilir Bu gün, 11:48 Xor, vokal və balaban ixtisaslarında YENİLİK Bu gün, 11:48 Minimum əməkhaqqı ilə bağlı VACİB XƏBƏR: 700 min nəfərin maaşı arta bilər! Bu gün, 10:48 Alimlərdən 2026 FIFA DÇ ilə bağlı XƏBƏRDARLIQ! Bu gün, 10:48 Taksi sürücüsü maşında avtomat gəzdirirmiş - Həbs edildi Bu gün, 10:48 Azərbaycan və Suriya Bakıda keçiriləcək WUF13 çərçivəsində dayanıqlı şəhərsalma məsələlərini müzakirə edəcək Bu gün, 10:48 Ağcabədidə güclü külək ağacları aşırdı, avtomobillərə ziyan dəydi Bu gün, 10:48 Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA Bu gün, 10:48 İlham Əliyev Ağakərim Səmədzadəyə YÜKSƏK VƏZİFƏ VERDİ Bu gün, 10:48 FHN Bakıda təlim keçirdi, nöqsanlar aşkarlandı Bu gün, 10:48 Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən DANIŞDI Bu gün, 09:48 Bakı və Sumqayıtın bəzi ərazilərində işıqlar sönəcək - SİYAHI Bu gün, 09:48 Türk dünyası tək güc mərkəzi kimi: Şuşada təməli qoyulan strateji həmrəylik Bu gün, 00:48 Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb Bu gün, 00:48 Rövşən Nəcəf: "Neftçi"yə UEFA Çempionlar Liqasında uğurlar arzulayırıq Bu gün, 00:48 Daha bir xəstəxananın direktoru vəzifəsindən AZAD EDİLDİ Dünən, 23:48 İradə İbrahimova: "Ana-atamı yaxşı tanımamışam" Dünən, 23:48 Məşhur aktyor "Eşref Rüya"da Dünən, 23:48 "Sabah" komandası mükafatlandırılıb Dünən, 23:48 Bakıda keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb Dünən, 23:48 "İpək yolu" rallisi Bakıya çatdı - "Bir ildir ki, buna hazırlaşırdıq" Dünən, 22:48 "Sabah" Azərbaycan Kubokunun qalibi olub Dünən, 22:48 Azərbaycanda dollar erası bitir? Dünən, 22:48 Valdas Dambrauskas: "Sabah" bu mövsüm mükəmməl mövsüm keçirdi" Dünən, 22:48 AFFA prezidenti: İnanıram ki, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcəksiniz Dünən, 22:48 "Can veririk, bizə kömək edin!" - Kənddə qalan sakinlər fəryad edirlər Dünən, 21:48 Xatirə İslam hava limanında 10 saat gözlədi Dünən, 21:48 Avtobus dayanacağa 40 dəqiqəyə çatdı, sürücü ilə mübahisə düşdü Dünən, 21:48 "Sabah"- "Zirə" oyununda hesab bərabərləşib Dünən, 21:48 Röya və Əkbərin "Ay qız" mahnısı geri qaytarıldı - Plagiat iddiaları yalan çıxdı Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR