
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ-in "Qaynar xətt"inə daxil olan məlumata görə, hadisə "Gənclik" metro stansiyasının yaxınlığındakı tuneldə qeydə alınıb.
Bildirilir ki, qara rəngli "Lexus" və "Hyundai" markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən biri ağır xəsarət alıb.
Hadisə zamanı ölən olmadığı qeyd edilir.
Qəzanın başvermə səbəbləri araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.