Bu gün, 11:48 51

Günel Ələsgərova:

"Ağıllı sistem"lər və eko-materiallar şəhər həyatını dəyişir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin üzvü Günel Ələsgərova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Özəl sektor davamlı şəhərlərin inkişafının aparıcı qüvvəsi kimi" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, artıq şəhərlərdə ağıllı sistemlərin həm interyer, həm də eksteryerdə geniş şəkildə tətbiq olunduğunu görmək olar: "Məsələn, yeni materiallardan istifadə olunur ki, onlar yağış sularını özünə hopduraraq sonradan emal prosesinə dəstək verir. Eyni zamanda, parklarda quraşdırılan bəzi sistemlər suyun soyudulmasını təmin edir və ya insan hərəkəti vasitəsilə enerji istehsalına imkan yaradır. İnsanlar öz hərəkətləri hesabına telefonlarını və digər mobil cihazlarını enerji ilə təmin edə bilirlər. Bundan əlavə, günəş panelləri vasitəsilə işıqforların işləməsi, kanalizasiya sistemlərində suyun təkrar emalı kimi həllər şəhər infrastrukturunun modernləşdirilməsinin bir hissəsinə çevrilib. Bu cür texnologiyalar insanların rahatlığı və şəhər mühitinin daha funksional olması üçün nəzərdə tutulur".

"İnteryer sahəsində isə ağıllı ev sistemlərinin şəhər infrastrukturu ilə inteqrasiya olunmuş formada tətbiqini görürük. İnternet üzərindən idarə olunan bu sistemlər həm rahatlığı artırır, həm də təhlükəsizliyi təmin edir. Bu texnologiyalar vasitəsilə yanğın, daşqın və digər risklərin qarşısını əvvəlcədən almaq mümkün olur. Eyni zamanda, ucqar ərazilərdə yarana biləcək problemlərin vaxtında aşkarlanması və idarə edilməsi də "ağıllı sistem"lərin əsas üstünlüklərindəndir. Çünki onların əsas məqsədi problemi əvvəlcədən müəyyənləşdirərək onun qarşısını vaxtında almaqdır", - deyə G.Ələsgərova qeyd edib.

Onun sözlərinə görə, digər mühüm məsələ isə eko-materialların tətbiqidir: "Müasir interyerlərdə artıq insan sağlamlığına daha uyğun, təbii və ekoloji materiallardan istifadəyə üstünlük verilir. Bu yanaşma insanların daha rahat və sağlam mühitdə yaşamasına şərait yaradır.

Şəhərsalma layihələrində də bu tendensiya açıq şəkildə müşahidə olunur. Məsələn, Bayıl ərazisində həyata keçirilən bəzi layihələrdə həm vertikal, həm də horizontal yaşıllaşdırılmış binalar inşa edilir. Eyni zamanda, yeni rezidensiyalarda dayanacaqlar, parklar və piyadalar üçün gəzinti zonaları nəzərdə tutulur. Bu isə özəl sektorun şəhərin inkişafına və infrastrukturun gücləndirilməsinə mühüm təsir etdiyini nümayiş etdirir. Belə layihələr gələcəkdə şəhərə giriş-çıxışın avtomobil yolları və dayanacaqlarla daha səmərəli əlaqələndirilməsinə imkan yaradır. Nəticədə insanlar daha rahat, təhlükəsiz və ekoloji baxımdan dayanıqlı mühitdə yaşamaq imkanı əldə edirlər".

Paylaş

Xəbər lenti

Azərbaycan Ali Məhkəməsinə yeni hakimlər təyin ediləcək Bu gün, 12:48 Bu hərəkət zolaqları mayın 23-dən qüvvədən düşür Bu gün, 12:48 EBRD: 50-60 mənzillik pilot layihələr dövlət-özəl tərəfdaşlığını başlada bilər Bu gün, 12:48 Bu şəhərlər üzrə məhkəmələrə hakimlər təyin ediləcək Bu gün, 12:48 Qarabağ və Şərqi Zəngəzurdakı sənaye parklarında 19-dan çox rezident fəaliyyət göstərir Bu gün, 12:48 Bu şəxsləri işə götürənlər CƏRİMLƏNƏCƏK Bu gün, 12:48 Macarıstanda neft emalı zavodunda partlayış: ölən və yaralananlar var Bu gün, 12:48 Rüfət Mahmud: "Hazırda İçərişəhərdə əhalinin siyahıya alınması aparılır" Bu gün, 12:48 İçərişəhərdə rəqəmsal kadastr platforması yaradılır Bu gün, 12:48 BYD Bakı Mərkəzinin nümayəndələri "E-Journey 2026" beynəlxalq texnologiya səfərində Bu gün, 12:48 Azərbaycan və İran regional əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 12:48 İlham Əliyev Lev Qumilyov adına Avrasiya Milli Universitetinin rektorunu təbrik edib Bu gün, 12:48 Azərbaycan Türkiyə ilə enerji layihələrini müzakirə edib Bu gün, 12:48 Xocavənd şəhərinə daha 17 ailə yola salınıb Bu gün, 12:48 Bakıdan Tbilisiyə təyyarə ilə 1 saata 228 AZN, qatarla 9 saata 231 AZN - ŞİKAYƏT Bu gün, 12:48 Azərbaycanda minadan zərərçəkənlərin 302-si uşaq və gənclər, 38 nəfəri isə qadınlardır Bu gün, 11:48 Bahar Muradova: Azərbaycanda gender bərabərliyinin təşviqi dövlət siyasətinin əsas prioritetlərindəndir Bu gün, 11:48 Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır Bu gün, 11:48 BMT rəsmisi: WUF13-də qadınların mənzil təminatına dair sənədlər qəbul olunacaq Bu gün, 11:48 Ramil Cahangirov: Azad edilmiş şəhər və rayonların baş planları mərhələli şəkildə icra olunur Bu gün, 11:48 Assosiasiya: Özəl sektor dayanıqlı şəhər qurmaqda aparıcı qüvvəyə çevrilir Bu gün, 11:48 Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək Bu gün, 11:48 Günel Ələsgərova: "Ağıllı sistem"lər və eko-materiallar şəhər həyatını dəyişir" Bu gün, 11:48 WUF13-də yerli xalqların hüquqlarının müdafiəsi ilə əlaqədar beynəlxalq çağırış edilib Bu gün, 11:48 DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR Bu gün, 11:48 Mariam Kvrivişvili: İlham Əliyevin Gürcüstana səfəri Azərbaycanla danışıqlarda mühüm rol oynadı Bu gün, 11:48 Assosiasiya: Dayanıqlı şəhərlərin inkişafında dövlət-özəl sektor əməkdaşlığı vacibdir Bu gün, 11:48 İcraçı direktor: Azad edilmiş ərazilərdə şəhərsalma yanaşmaları multikultural dəyərlərlə birləşdirilir Bu gün, 11:48 ABŞ-Kuba münasibətlərində gərginlik artır Bu gün, 10:48 DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarına HÖKM OXUNDU Bu gün, 10:48 ANAMA sədri: Qarabağda hərbi əməliyyatlar dayansa da, mülki əhali üçün təhlükə davam edir Bu gün, 10:48 Vüqar Süleymanov: Minatəmizləmə bərpa və yenidənqurmanın əsas təməlidir Bu gün, 10:48 ANAMA rəhbəri: Azad olunmuş ərazilərdə 270 min hektardan çox sahə minalardan təmizlənib Bu gün, 10:48 Samed Ağırbaş WUF13-ün sıfır tullantı və dayanıqlı şəhərlər gündəmini COP31-lə əlaqələndirdi Bu gün, 10:48 Milli Aviasiya Akademiyasının vəzifəli şəxsi idman zalında öldü Bu gün, 10:48 Kolumbiyanın nazir müavini: Bakını çox bəyəndim, buraya ailəmlə də gəlmək istəyirəm - MÜSAHİBƏ Bu gün, 10:48 AZAL Naxçıvan reyslərini yenidən bərpa edib Bu gün, 10:48 Samir Poladov: "Azad olunmuş ərazilərdə evlərdə, ağaclarda və su quyularında minalar tapılıb" Bu gün, 10:48 "Bir Kredit BOKT" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb Bu gün, 10:48 Ramil Cahangirov: "270 min hektardan çox ərazi artıq minalardan təmizlənib" Bu gün, 10:48 ADY: Bakı-Tbilisi-Bakı marşrutu üzrə 1 000-dən çox bilet satılıb Bu gün, 10:48 Aliment ödəməyənlərin sayı sürətlə artır: Dövlət hansı tədbirləri görməyə hazırlaşır? Bu gün, 09:48 ABŞ İranla müharibədə nə qədər "MQ-9 Reaper" dronunu itirib? Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: "Sabah" "Turan Tovuz"la, "Qarabağ" "Sumqayıt"la qarşılaşacaq Bu gün, 09:48 Avropa Parlamentinin deputatları qurumun Azərbaycanla bağlı siyasətini tənqid ediblər Bu gün, 09:48 Quba-Xaçmaz regionunda vəzifə tutmaq istəyənlər üçün FÜRSƏT Bu gün, 09:48 Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin dəyərini yüksəldəcək Bu gün, 09:48 Bakıda keçirilən WUF13 sessiyası bu gün yekunlaşır Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR