Bu gün, 17:49 70

ABŞ və İsrailin İran planı: Əhmədinejad iddiası gündəm yaratdı

Üç gün əvvəl ABŞ-nin nüfuzlu "Nyu-York Tayms" qəzeti bütün dünyada geniş diqqət çəkən, o cümlədən İranın daxilində də qızğın müzakirələr doğuran bir məqalə dərc edib.

BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.

Yazıda mötəbər mənbələrə istinadla iddia olunur ki, bu il fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin ilkin məqsədi İranın keçmiş prezidenti Mahmud Əhmədinejadı hakimiyyətə gətirmək olub. Məqalənin müəllifləri arasında İran mövzusu üzrə ixtisaslaşmış Fərnaz Fəsihi və İsrail xüsusi xidmətlərində geniş əlaqələrə malik olduğu deyilən Ronen Berqman kimi məşhur jurnalistlərin olması ona geniş reaksiyaları şərtləndirən amillərdən birinə çevrilib.

Yazıda müharibənin ilk günündə İranın ali rəhbərinin və bir çox digər yüksək rütbəli şəxslərin hava zərbələri nəticəsində öldürülməsinin ardınca Donald Trampın verdiyi belə bir açıqlama xatırlanır ki, İranda hakimiyyətə daxildən kiminsə yiyələnməsi daha yaxşı olardı.

Qeyd edək ki, həmin vaxt İranın özündə də bu açıqlamada nəzərdə tutula biləcək şəxslərlə bağlı müəyyən fikirlər irəli sürülmüş, o cümlədən Qərblə dialoqun tərəfdarı olan keçmiş prezident Həsən Ruhaninin adı çəkilmişdi. Amma indi aydın olur ki, ABŞ və İsrailin İranla bağlı planında hansısa nüfuzlu islahatçı siyasi fiqur deyil, gözlənilməz bir şəkildə ABŞ və İsrail əleyhinə qəti mövqeyi ilə tanınan radikal mühafizəkar şəxs yer alıbmış. Həmin planla tanış olan ABŞ məmurları məqalə müəlliflərinə bildiriblər ki, İsrailin hazırladığı bu ssenari Əhmədinejadın özü ilə də razılaşdırılıbmış, lakin hadisələrin gedişi onun qısa zamanda uğursuzluğa düçar olmasına səbəb olub. Yazıda bildirildiyinə görə, müharibənin ilk günündə Əhmədinejadın Tehrandakı evinə endirilən zərbələr onu məruz qaldığı ev dustaqlığından və SEPAH hərbçilərinin nəzarətindən xilas etmək məqsədi daşıyıb. Lakin bu zaman mühafizəçilərin bir qismi öldürülməklə yanaşı, Əhmədinejadın özü də yaralanıb və sonrakı günlərdə o, rejimin bu şəkildə dəyişdirilməsinə ümidini itirib.

Qeyd edək ki, həmin vaxt Əhmədinejadın öldürüldüyü barədə məlumat yayılsa da, sonradan bu xəbər təsdiqini tapmadı. Amma o vaxtdan bəri keçmiş prezidentin harada və hansı vəziyyətdə olduğu məlum deyil. Bütün bu müddət ərzində Əhmədinejad İranda yalnız bir dəfə - ölkənin ali rəhbəri Ayətullah Əli Xameneinin ölümü ilə əlaqədar verdiyi başsağlığı ilə gündəmə gəlib.

Paylaş

Xəbər lenti

Anna Falu Azərbaycana təşəkkür etdi: WUF13 Bakıda yüksək səviyyədə təşkil olunub Bu gün, 17:50 ABŞ və İsrailin İran planı: Əhmədinejad iddiası gündəm yaratdı Bu gün, 17:49 Anar Vəliyev: Mənzil hüququ insan hüququ kimi tanınmalı və prioritetləşdirilməlidir Bu gün, 17:49 Bakı Ümumdünya Şəhərsalma Forumunda estafeti Mexikoya ötürüb Bu gün, 17:49 Ünvanlı dövlət sosial yardımın məbləğinin ən yüksək olduğu RAYONLAR - SİYAHI Bu gün, 17:49 DİM 3 şəhərdə təkrar imtahan keçirəcək Bu gün, 17:48 WUF13-ün rəsmi bağlanış mərasimi keçirilib Bu gün, 17:48 Mehdiabadda qaz OLMAYACAQ Bu gün, 17:48 UN-Habitat-ın icraçı direktoru WUF13-ün bağlandığını elan edib Bu gün, 17:48 WUF13-də BMT və Azərbaycanın bayraqlarının endirilmə mərasimi keçirilib Bu gün, 17:48 Anar Quliyev: "WUF13 dayanıqlı şəhər gələcəyinə dair ortaq platformaya çevrilib" Bu gün, 16:48 Anar Quliyev: "WUF13 inklüziv iştirakı və məzmunlu nəticələri ilə yadda qalacaq" Bu gün, 16:48 Bakı-Tbilisi-Bakı qatarında pulsuz baqaj limiti AÇIQLANDI Bu gün, 16:48 Dövlət Komitəsinin sədri: "WUF13-ü 1000-dən çox media nümayəndəsi işıqlandırıb" Bu gün, 16:48 Rossbax: Azərbaycan işə son dərəcə sadiqlik nümayiş etdirib Bu gün, 16:48 Rossbax: WUF13-də rekord sayda - 67 min iştirakçı qeydə alınıb Bu gün, 16:48 Kubanıçbek Omuralıyev İlham Əliyevə təbrik məktubu göndərdi Bu gün, 16:48 WUF13-də ən çox müzakirə olunan urbanizasiya riskləri hansılar old Bu gün, 16:48 Baku TV WUF13-də Bu gün, 16:48 Anna Falu: "Dünyanın hər yerində qadınlar ayrı-seçkiliyə məruz qalır, mənzil hüququ əldə etməkdə maneələrlə üzləşir" Bu gün, 16:48 Alyona Əliyeva WUF13-dən paylaşım edib Bu gün, 16:48 "Mançester Siti" Qvardiolanın klubdan ayrılacağını açıqlayıb Bu gün, 15:48 Fergus Auldun Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb Bu gün, 15:48 Nazir: "Zəngəzurdan keçəcək enerji xətti Türkiyənin regional hab rolunu artıracaq" Bu gün, 15:48 Ceyhun Bayramov UNCTAD-ın Baş katibi ilə görüşüb Bu gün, 15:48 Muxtar Babayev: İqlim miqrasiyası və hərbi münaqişələr şəhər planlaşdırmasını çətinləşdirir Bu gün, 15:48 WUF13-ün bağlanış mərasimi keçirilir Bu gün, 15:48 Adil Kərimli Beyləqanda vətəndaşları qəbul edib Bu gün, 15:48 Əli Əsədov WUF13-də fəal iştiraka görə MDB ölkələrinə təşəkkür edib Bu gün, 15:48 Əli Əsədov: İqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçiririk Bu gün, 15:48 Amina Mohammed: Azərbaycan urbanizm mövzusunu qlobal gündəmə çıxarıb Bu gün, 15:48 Amina Mohammed WUF13-ü yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana təşəkkür etdi Bu gün, 15:48 Jurnalistə futbol klubunda vəzifə verildi Bu gün, 15:48 Rusiyada tornado gözlənilir Bu gün, 14:48 Bərdədə I Qarabağ müharibəsinin itkin-şəhidi Rəşadət Piriyev dəfn olunub Bu gün, 14:48 BMT Baş katibinin müavini WUF13-ü uğurla keçirdiyinə görə Azərbaycana təşəkkür edib Bu gün, 14:48 WUF13 iştirakçılarının 55%-i qadınlardır Bu gün, 14:48 Alberto Petrilik: "Peru üçün şəhərsalma sahəsində Bakı nümunəsi maraqlıdır" Bu gün, 14:48 May günəşinin təhlükəsi barədə XƏBƏRDARLIQ EDİLDİ Bu gün, 14:48 WUF13-də 53 mindən çox şəxs iştirak edib Bu gün, 14:48 Meksika səfiri Azərbaycana təşəkkür edib Bu gün, 14:48 WUF13-ün bağlanış mərasimindən əvvəl mətbuat konfransı keçirilib Bu gün, 14:48 UN-Habitat rəhbəri: WUF13-ün nəticələri qlobal iqlim fəaliyyətinə istiqamət verəcək Bu gün, 14:48 Qobustanda körpünün çökdüyü ərazidən son görüntülər Bu gün, 14:48 Muxtar Babayev: "Təxminən 7 milyon inasan hər il hava çirklənməsi səbəbindən ölür" Bu gün, 14:48 Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri açıqlandı Bu gün, 14:48 Hikmət Hacıyevdən jurnalistlərə: Bilirəm, çox ağır və zəhmətli iş idi Bu gün, 14:48 Bu şəxslər 5 min manatadək CƏRİMƏLƏNƏCƏK Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR