
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
Nazir Ceyhun Bayramovun Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə işgüzar səfərinə dair mətbuat məlumatı
— MFA Azerbaijan ???????? (@AzerbaijanMFA) May 25, 2026
25 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə işgüzar səfərə yola düşüb.⁰ ⁰Səfər… pic.twitter.com/hV5hd3JWYQ
Qeyd edilib ki, səfər çərçivəsində 26 may tarixlərində nazir Ceyhun Bayramovun BMT Təhlükəsizlik Şurasının "BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin qorunması və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclasda çıxışı, habelə yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.