
Bu gün Azərbaycanda iş saatları qısaldılmış rejimdə olacaq.
AVESTA.AZ xəbər verir ki, bu norma Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən tətbiq edilir. Qaydaya uyğun olaraq, bayramqabağı günlərdə iş vaxtı həftəlik iş qrafikindən asılı olmayaraq bir saat azaldılır.
Bu il 27–28 may tarixləri Qurban bayramı və 28 May – Müstəqillik Günü ilə üst-üstə düşdüyündən ardıcıl qeyri-iş günləri formalaşıb. Qanunvericiliyə əsasən, bayramların eyni dövrə təsadüf etməsi səbəbilə 29 may da qeyri-iş günü hesab edilir.
Beləliklə, ölkədə 27, 28 və 29 may tarixləri, həmçinin həftəsonu olan 30–31 may günləri qeyri-iş günləri olacaq.
Növbəti iş günü iyunun 1-i olacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.