
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov rəislərin yerini dəyişib.
AVESTA.AZ "Qaynarinfo"ya istinadən xəbər verir ki, nazirin müvafiq Əmri ilə polkovnik Vüqar Qüdrət oğlu Ağayev FHN-in Muğan Regional Mərkəzi vəzifəsindən azad olunaraq, Şimal-Qərb Regional Mərkəzinin rəisi vəzifəsinə təyin edilib.
Şimal-Qərb Regional Mərkəzinin rəisi polkovnik Ceyhun Babayev isə Muğan Regional Mərkəzinin rəisi təyin olunub.
FHN-dən məlumatı təsdiqləyiblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.