
Aqrar Subsidiya Şurası verilən kreditlərin illik faiz dərəcəsinin maliyyələşdirilən hissəsinin və həmin kreditlərlə istehsalı maliyyələşdirilən kənd təsərrüfatı məhsullarının siyahısının təsdiq edilməsi ilə bağlı qərar qəbul edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bu addım ölkə Prezidentinin 5 mart 2026-cı il tarixli fərmanı ilə yaradılmış yeni dövlət dəstəyi mexanizmi çərçivəsində "Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası"nın 6-1-ci hissəsinə uyğun olaraq atılıb.
Belə ki, birillik əkinlərin istehsalı üçün bankların vəsaitləri hesabına fermerlərə verdikləri kreditlərin illik faiz dərəcəsinin 19 faizi keçməyən hissəsi dövlət büdcəsi hesabına ödəniləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.