
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb.
AVESTA.AZ xəbər verir ki, iclasın gündəliyinə 8 qanun layihəsi daxil edilib.
İclasa parlamentin spikeri Sahibə Qafarova sədrlik edir.
Qeyd edək ki, Sahibə Qafarova iyunun 1-dən qanunverici orqanın növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Növbədənkənar sessiya 82 deputatın tələbi ilə Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən çağırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.