
1920-ci ilin oktyabrında Nəriman Nərimanov Yevlaxdan Şəkiyə faytonla gəlib. Həmin fayton hazırda Şəki Tarix-Diyarşünaslıq Muzeyində qorunur.
BAKU.WS xəbər verir ki, bu barədə muzeyin əməkdaşı açıqlama verib.
Onun sözlərinə görə, Nəriman Nərimanov Şəkiyə savadsızlığın ləğvi ilə bağlı fəaliyyət göstərmək məqsədilə səfər edib. O, Yevlaxdan Şəkiyə təxminən 6 saata çatıb.
Muzey əməkdaşı bildirib ki, faytonu idarə edən şəxsin Şəkidən olması səbəbindən nəqliyyat vasitəsi sonradan muzeyə hədiyyə edilib.
Hazırda muzeydə qorunan fayton şəhərin tarixi ilə bağlı maraqlı eksponatlardan biri hesab olunur.
Şahanə Xankişiyeva
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.