
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda bu gün yarımfinal oyununu keçirəcək.
AVESTA.AZ xəbər verir ki, yığmamız finala gedən yolda ABŞ kollektivini sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi 1/4 finalda Almaniyanı 18:16 hesabı ilə məğlub edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.