14-04-2022, 08:43 1223

“Evlənmək xatirinə, baxın, ərə getdim, uşağım oldu deyə ailə həyatı qurmaq istəmirəm...”
anınmış və sevilən aktrisa Səbinə Məmmədzadə Moderator.az-ın suallarını cavablandırıb.
 
- Səbinə xanım, sizi sonuncu dəfə mart ayının 27-də “Qağayı” tamaşasında izlədim. Həqiqətən də obrazınızı çox gözəl oynayırdınız. İstərdim bu tamaşanın ərsəyə gəlməsindən danışasınız.
- Öncə xoş sözləriniz üçün sizə təşəkkür edirəm. “Çexovun “Qağayı” əsərinin məşqlərinə hələ iki il əvvəl pandemiyanın tüğyan etdiyi vaxtda başlamışdıq. Ümidimiz var idi ki, teatr açılacaq. Tamaşanın quruluşcu rejissoru əməkdar artist Nicat Kazımovdur. Bu tamaşada mən Nina obrazına həyat verdim və səhnə əsəri 27 mart Beynəlxalq Teatr Günündə nümayiş olundu. Teatrı tamaşaçılarsız təsəvvür etmək çətindir. Tamaşaçı bir şeyə sevgi ilə baxırsa yaxşı görür, pis gözlə baxırsa pis də görəcək. Məşq prossesində tamamilə obrazımın təsirinə düşmüşdüm, hələ də o təsirdəyəm (gülür). Teatrı çox sevirəm, həddindən artıq çox! Aktyor da, rejissor da inkişaf etməlidir. Özümə söz vermişəm ki, teatra aid nə varsa hamısına yiyələnib, yaxşı teatr adamı olub, teatra xidmət edəcəm.
 
- Teatrda çalışmağı sizə kim qadağan edə bilər? 
 
- Belə bir insan yoxdur. Yəqin ki, elə bir adam mənim həyatıma gəlməz! Amma yenə də öncədən danışmaq olmaz. Çünki həyatın işini bilmək olmur. Bəlkə elə bir sevgi ola bilər ki, həqiqətən də mən o enerjini, xoşbəxtliyi o adamda görə bilərəm. Bu zaman nəinki mən bütün enerjimi səhnədə qoyaram, bəlkə də teatra başqa cür xidmət edərəm. Amma belə bir sevgim hələ ki, yoxdur. Əgər həmin insanla eyni sənətdə olacağıqsa da, o sənətdə məndən üstün, ağıllı biri olmalıdır. Elə bir insan mənə heç vaxt deyə bilməz ki, sənəti at. Mən belə düşünürəm. Mən komplekssiz aktrisayam, məni qısqana bilər, narahat ola bilər. Amma “sənəti at” deyə biləcək insan mənim həyatımda yəqin ki, olmaz.
 
- Erotik obrazlara dəvət gəlsə çəkilərsiniz?
- Erotikanı qətiyyən sevmirəm. Erotika əxlaqdan kənar, hər şeyi açıb göstərməkdir. Hər şey estetik gözəl görünməlidir. İstər kinoda, istərsə də teatrda. Xüsusilə də tamaşada. Orada əxlaqdan kənar, iyrənc nəsə göstərmərəm.
 
- Müsahibələrinizin birində bildirmisiniz ki, içimdə böyük bir boşluq, sevgisizlik var. O boşluq dolub yoxsa?
 
- Bu sözü mən çoxdan demişdim. O boşluğu istər ailəmin, istər sənət, istərsə də tamaşaçılarımın sevgisi ilə doldurmuşam. Mən istəyirəm insanlar üçün nəsə edim ki, onların üzü gülsün. Hal-hazırda teatral studiyada işləyirəm, orada sənət üçün, cəmiyyət üçün sağlam uşaqlar yetişdiririk. İçimdəki o sevgi boşluğunu həm də uşaqlarla doldurmuşam. Vaxt gələcək, onlardan ən azı 2-si, 3-ü böyük aktyor olacaqlar. O ki, qaldı sevgisizliyə... İnsan hər dəfə içindən nəsə bir hiss keçirəndə elə bilir ki, bu həqiqətən də sevgidir. Amma bir balaca fasilə, boşluq olan kimi anlayırsan ki, yox, əsl sevgi bu deyil. Mən özümə qarşı çox eqoistəm, maksimum diqqət və qayğı sevən insanam. Çünki özüm də insanlara sevgi və qayğı göstərirəm. Evlənmək xatirinə, baxın ərə getdim, uşağım oldu deyə ailə həyatı qurmaq istəmirəm. İstəyirəm ki, sağlam sevgi və qarşılıqlı hörmət çərçivəsində hər şey baş tutsun. Əgər bu olacaqsa o sevgisizlik yox olacaq. Olmayacaqsa, deməli Dostoyevski demişkən, yar məsələsi hamısı uydurmadır, heç kimin yarı yoxdur.

 

 

Paylaş

Xəbər lenti

Bu gün Azərbaycan millisi növbəti 2 matçını keçirəcək Bu gün, 10:48 Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb Bu gün, 10:48 "Turandot" – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera Bu gün, 10:48 Azərbaycan güləşçiləri bu gün dünya çempionatında mübarizə aparacaq Bu gün, 10:48 Unudulmaz sənətkar Müslüm Maqomayevin vəfatından 18 il ötür Bu gün, 10:48 Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb Bu gün, 09:49 Tovuzda iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 09:48 İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib Bu gün, 09:48 Səssizcə həyatımıza girən təhlükə: Hər cavabın əvəzində nəyi itiririk? Bu gün, 09:48 Anasının ölümünə görə ağır cəza aldı: Güllünün işi ilə bağlı qərar açıqlandı Bu gün, 09:48 "Marafon" İK dünyanın aparıcı klubları arasında gücünü sınayacaq Bu gün, 01:18 KİV: İran amerikalılara qarşı hücumlar hazırlayır Bu gün, 00:48 Tovuzda bıçaqlanan iki nəfərdən biri ölüb Bu gün, 00:48 Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür Bu gün, 00:48 Dayıoğlu bibioğlundan şikayətçidir: "Pul lazım idi, satmışam, yaxşı eləmişəm" Dünən, 23:48 Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb Dünən, 23:48 İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub Dünən, 23:48 Canni İnfantino İlham Əliyevə xatirə hədiyyələri verdi Dünən, 23:48 CNN: ABŞ Yaxın Şərqdən diplomat və onların ailələrini təxliyə edir Dünən, 22:48 Bakıda bu bağçada uşaqlara qarşı edilən zorakılıq DİN tərəfindən araşdırılır Dünən, 22:48 Famil Xəlilov: "Prezidentin komandanı təbrik etməsi futbolçulara əlavə motivasiya verəcək" Dünən, 22:48 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu Dünən, 22:48 Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb Dünən, 22:48 Sumqayıtda su fontan vurdu Dünən, 22:48 Xamenei idarəetmədə müasir texnologiyalardan istifadəni tapşırıb Dünən, 21:48 "Neftçi" ev oyunuda "Turan Tovuz"a qalib gələ bilməyib Dünən, 21:48 Bakıda Zeytun Festivalının rəsmi açılışı olub Dünən, 21:48 Zelenski Ukraynada "Starlink"in işinin bərpa olunduğunu bildirib Dünən, 20:48 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat Dünən, 20:48 FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilib Dünən, 20:48 Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib Dünən, 20:48 Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb Dünən, 20:48 Fransada etiraz aksiyasında gərginlik: Gözyaşardıcı qazdan istifadə edildi Dünən, 20:48 Kartdan-karta pul köçürənlərə vacib xəbər Dünən, 19:48 "Fars": Hörmüzdə neft tankerində partlayış baş verib Dünən, 19:48 İranda casusluq ittihamı ilə iki nəfər həbs olunub Dünən, 19:48 Ceyhun Cəlilov Ordubadda vətəndaş qəbulu keçirib Dünən, 19:48 Bakıda bu bağçada uşaqlara zorakılıq edilir - İDDİA Dünən, 18:48 57 yaşlı müğənni vəfat etdi Dünən, 18:48 Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb Dünən, 18:48 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat Dünən, 18:48 Premyer Liqa: "Kəpəz" "Şəfa"nı məğlub edib Dünən, 18:48 İllər əvvəl silahlı hücuma məruz qalan İbrahim Tatlıses 40 gün bu filmi izləyib Dünən, 18:48 Azərbaycan Basketbol Liqası: "Ordu" NTD-ni məğlub edib Dünən, 17:48 Fransada etirazlarda 135 nəfər saxlanılıb, asayişin təmin edilməsinə 70 min polis cəlb ediləcək Dünən, 17:48 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı Dünən, 17:48 İki nəfərin öldüyü "Sabunçu keçidi"ndə hansı tədbirlər görülüb? Dünən, 17:48 Avropa çempionatının təsnifat mərhələsi: Azərbaycanın U-20 voleybol millisi ikinci oyunda məğlub olub Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR