
Ukrayna iyunun 23-nə keçən gecə ilhaq edilmiş Krım yarımadasına pilotsuz uçuş aparatları ilə genişmiqyaslı hücum həyata keçirib.
BAKU.WS "RBC-Ukraina"ya istinadən xəbər verir ki, zərbələrdən biri Kerç şəhərinin Arşintsevo rayonunda yerləşən istilik elektrik stansiyasına (İES) düşüb.
Hücumdan sonra elektrik stansiyasında güclü yanğın qeydə alınıb. Hadisə nəticəsində Krımın böyük hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb və yarımadanın bir qismi işıqsız qalıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.