
Paytaxtın Nərimanov rayonu, Arif Heydərov küçəsində yaşayan sakinlər ərazidəki ağacların vəziyyəti ilə bağlı narahatlıqlarını ifadə edirlər.
AVESTA.AZ-ə müraciət edən sakinlərin sözlərinə görə, küçədə yerləşən ağacların böyük hissəsi Amerika kəpənəklərinin hücumuna məruz qalıb.
Vətəndaşlar ağacların üzərinin qurdlarla örtüldüyünü, yaşıllıqların isə getdikcə məhv olduğunu bildirirlər.
Qeyd edək ki, Amerima kəpəni ziyanverici olaraq bitkilərin yaşıl örtüyünü məhv edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.