26-06-2026, 10:48 166

AZAL-ın ilk yeni nəsil

Azərbaycan Hava Yolları (AZAL) donanmasına ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi əlavə edilib.

AVESTA.AZ bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, təyyarə iyunun 25-də Hamburq şəhərində keçirilən tədbirdə təhvil alınıb və artıq Heydər Əliyev Hava Limanına çatıb..

Sözügedən yeni nəsil hava gəmisinin donanmaya qoşulması ilə AZAL-ın donanmasında "Airbus "A319ceo", "A320ceo", "A320neo" və "A321neo" tipli təyyarələr istismar olunur.

Yeni nəsil "Airbus A321neo"nun təyyarə parkına daxil edilməsi AZAL-ın donanmanın modernləşdirilməsi strategiyası çərçivəsində növbəti mühüm mərhələdir. Yeni təyyarə yüksək tələbat olan istiqamətlərdə sərnişindaşıma imkanlarının genişləndirilməsinə, əməliyyat səmərəliliyinin yüksəldilməsinə və sərnişinlərə təqdim olunan xidmət keyfiyyətinin daha da təkmilləşdirilməsinə töhfə verəcək. Eyni zamanda, hava gəmisinin istismara verilməsi AZAL-ın marşrut şəbəkəsinin gələcək inkişafı və genişləndirilməsi üçün əlavə çeviklik imkanları yaradacaq.

"Airspace" salon konsepsiyası yeni nəsil "Airbus A321neo" təyyarəsində sərnişin rahatlığının yeni standartını təqdim edir. Təyyarə sərnişinlərə daha geniş və komfortlu salon təcrübəsi təqdim edən müasir interyer, fərdiləşdirilə bilən salon işıqlandırması, böyüdülmüş pəncərələr, tam LED işıqlandırma sistemi və genişləndirilmiş əl yükü bölmələri ilə təchiz olunub. Bununla yanaşı, əvvəlki nəsil təyyarələrlə müqayisədə "Airbus A321neo" hər oturacaq üzrə təxminən 20 faiz daha az yanacaq sərfiyyatı və karbon emissiyası təmin edir, eyni zamanda 7 400 kilometrədək uçuş məsafəsinə malikdir.

Tək keçidli təyyarələr seqmentində ən geniş salonlardan birinə malik olan yeni nəsil "Airbus A321neo" 191 sərnişin tutumuna sahibdir. Təyyarə ən son nəsil bortdaxili əyləncə sistemi (IFE) və yüksək sürətli "Wi-Fi" xidməti ilə təchiz olunub. Bu isə sərnişinlərə uçuş müddətində rəqəmsal xidmətlərdən istifadə etməyə, bortdaxili əyləncə xidmətlərindən faydalanmağa və daim əlaqədə qalmağa imkan verir.

Bu yaxınlarda daha bir yeni nəsil Airbus A320neo təyyarəsinin donanmaya qoşulmasının ardınca Airbus A321neo-nun da istismara verilməsi AZAL-ın müasir və yanacaq sərfiyyatı baxımından səmərəli təyyarə parkının inkişafına verdiyi önəmi bir daha təsdiqləyir.

Qeyd edək ki, uzunmüddətli inkişaf strategiyası çərçivəsində AZAL 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı planlaşdırır. Cari ilin sonunadək aviaşirkət daha bir neçə yeni hava gəmisinin təhvil alınmasını gözləyir. Bununla da 2026-cı ildə donanmaya daxil olan yeni təyyarələrin sayı səkkizə çatacaq ki, bu da AZAL tarixində bir il ərzində qeydə alınan ən irimiqyaslı donanma yenilənməsi olacaq.

Bu, aviaşirkətin marşrut şəbəkəsinin genişləndirilməsi planlarını dəstəkləməklə yanaşı, AZAL-ın regionun aparıcı hava daşıyıcılarından biri kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək.

Paylaş

Xəbər lenti

Dünya çempionatından qayıdan afrikalı futbolçu ÖLDÜ Bu gün, 18:48 Prezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edib Bu gün, 18:48 İlham Əliyevin sosial media hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb Bu gün, 18:48 Slovakiya Prezidenti iyulun 13-də Azərbaycana səfər edəcək Bu gün, 18:48 Vətəndaş bir vaxtlar icarəyə götürdüyü avtomobilə görə niyə işə düşdü? Bu gün, 18:48 "Real" klubu Vinisius Junior ilə yeni müqavilə barədə razılığa gəlib Bu gün, 18:48 Ukrayna dronları bir gecədə Azov dənizində 28 Rusiya gəmisini vurdu Bu gün, 18:48 Xaçmazda avtomobil su hovuzuna düşüb, 69 yaşlı sürücü ölüb Bu gün, 17:48 Azərbaycan Basketbol Liqasının 2026/2027 mövsümü oktyabrın 3-də başlayacaq Bu gün, 17:48 Zərdabda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb Bu gün, 17:48 Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub Bu gün, 17:48 Əvəzedicilər Liqasının 2026/2027 mövsümünə avqustun 21-də start veriləcək Bu gün, 17:48 Heyvanların daşınmasına dair yeni tələblərlə bağlı rəsmi AÇIQLAMA Bu gün, 17:48 AZAL yeni "Airbus A321neo" təyyarəsi ilə ilk uçuşunu həyata keçirib Bu gün, 16:48 AAYDA rəqəmsallaşma və innovasiya ekosisteminin inkişafı üzrə yol xəritəsini müzakirə edib Bu gün, 16:48 Prezident İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub Bu gün, 16:48 DÇ-2026-nın 1/4 final mərhələsinə iki oyunla yekun vurulacaq Bu gün, 16:48 Moskvada keçirilən peşəkar ustalıq müsabiqəsində Azərbaycan polisi uğura imza atıb Bu gün, 16:48 Yoğun bağırsaq xərçənginin qarşısını necə almaq olar? Bu gün, 16:48 Masallıda atdan yıxılan kişi öldü Bu gün, 16:48 Xəzərin potensialı böyükdür, bəs niyə tam istifadə olunmur? - ARAŞDIRMA Bu gün, 15:48 Bakıda növbəti daxili iməclik keçirilib Bu gün, 15:48 İlham Əliyev Şuşada "Sadıqcanın evi"nin bərpadan sonra açılışında iştirak edib Bu gün, 15:48 İcra başçısı Vətən müharibəsi iştirakçısını köməkçisi VƏZİFƏSİNDƏN ÇIXARDI Bu gün, 15:48 Balakənin su basmış ərazilərində SON VƏZİYYƏT Bu gün, 15:48 İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub Bu gün, 15:48 "Yastıqaltı" pullar iqtisadiyyata gətirilir: Kütləvi maliyyələşdirmə biznes mühitini necə dəyişəcək? Bu gün, 15:48 Tibo Kurtua mundiallarda matç sayına görə qapıçılar arasında ikinci pilləyə yüksəlib Bu gün, 14:48 İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb Bu gün, 14:48 İlin sonunadək Şuşanın Kiçik Qaladərəsi kəndinə daha 11 ailə qayıdacaq Bu gün, 14:48 Azərbaycan basketbol millisinin üzvü Amil Həmzəyev "Neftçi" klubundan ayrılıb Bu gün, 14:48 "Qələbənin memarı: Cənab Ali Baş Komandan" kitabının təqdimatı olub Bu gün, 14:48 Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq Bu gün, 14:48 Röya Ayxan lüks villasında qardaşı oğluna ad günü keçirdi Bu gün, 13:48 Ucarda kanalda batan yeniyetmənin meyiti tapılıb Bu gün, 13:48 Tbilisidə Fatiməni qətlə yetirməkdə şübhəli bilinən qohumu tutuldu Bu gün, 13:48 Abbas Abbaso: BTQ son üç il ərzində beynəlxalq dekolonizasiya prosesinə ən çox töhfə verən təşkilatlardandır Bu gün, 13:48 Bakıda internat məktəbinin həyətində BIÇAQLANMA: Saxlanılan var Bu gün, 13:48 İngiltərənin iki klubu "Sportinq"in hücumçusu Fransişku Trinkauya maraq göstərir Bu gün, 13:48 Xırdalanda zəncirvari qəza: İki nəfər xəsarət aldı Bu gün, 13:48 BTQ Afrika ölkəsinin dövlət qurumu ilə ilk memorandumu imzalayıb Bu gün, 13:48 Azərbaycan neftinin qiyməti 1 dollardan çox azalıb Bu gün, 13:48 İsmayıllıda torpaq sürüşməsi olub, üç ailənin yaşadığı ev yararsız vəziyyətə düşüb Bu gün, 13:48 Ferran Torres "Barselona"nı PSJ-yə dəyişməyə RAZILIQ VERDİ Bu gün, 13:48 Ötən gün ölkədə 36 kiloqramdan çox narkotik aşkarlanıb Bu gün, 13:48 İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoyub Bu gün, 11:48 FHN: Çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək qadağandır Bu gün, 11:48 Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR