28-06-2026, 16:48 315

Valideynlər üçün təhlükəli siqnal: Laqeydlik faciəyə çevrilə bilər

Son zamanlarda Azərbaycanda valideynlərin uşaqlara münasibəti ilə bağlı narahatlıq doğuran hadisələr ard-arda gündəmə gəlir.

Məsələn, altı uşağın zəhərlənməsi ilə bağlı hadisədə ata övladlarından birinin "pay verildiyini" iddia edib. Digər bir hadisədə isə Tovuz rayonunda valideynlərin uşaqlarından imtina etdiyi bildirilir. Bu və digər hadisələrin fonunda uşaqlara qarşı laqeydlik, bəzi hallarda təhlükəli valideyn davranışları cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilir.

Bu kimi problemlərin miqyası həqiqətən narahatedici səviyyədədirmi və onların qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Son üç ayda 362 müraciət daxil olub"

"Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri Kəmalə Aşumova "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, Uşaq Qaynar Xəttinə olan müraciətlərin sayında artım var: "Əslində burada iki paralel proses müşahidə olunur. Bir tərəfdən sosial media və ictimai həssaslığın artması bu mövzunu daha görünən, müzakirə olunan hala gətirir. Digər tərəfdən isə sosial-iqtisadi çətinliklər, psixoloji gərginlik, yüksək stres səviyyəsi və valideynlik bacarıqlarındakı boşluqlar real risk faktorlarını artırır. Azərbaycan Uşaq Qaynar Xəttinə son üç ayda 362 zorakılıqla bağlı müraciət daxil olub. Bir tərəfdən bunu müsbət qiymətləndiririk ki, insanlar 116 111 qaynar xəttini tanıyır və müraciət edirlər. Bu, onların çətin anlarda dəstək ala bilməsi baxımından vacibdir. Digər tərəfdən psixoloji zorakılıq, ailədaxili münaqişələr və baxımsızlıq halları ilə bağlı müraciətlərin sayında da artım müşahidə olunur. Bu, insanların artıq susmaq əvəzinə yardım axtarmağa üstünlük verdiyini və bu məqsədlə qaynar xətlərə müraciət etdiyini göstərir".

Aysberqin görünən hissəsi

QHT rəhbəri bildirir ki, mediaya çıxan və ictimailəşdirilən hallar yalnız aysberqin görünən hissəsidir: "Təcrübəmizə görə, zorakılığın böyük bir hissəsi ictimailəşmir. Xüsusilə ailədaxili münasibətlər çox vaxt gizli qalır. Bu səbəbdən valideynlərin öz valideynlik məsuliyyətini dərk etməsi və övladların ehtiyaclarını təmin etməsi üçün reabilitasiya mərkəzlərinin fəaliyyəti xüsusilə vacibdir. Ən böyük problem və çətinlik isə bu cür halların və faktların erkən aşkarlanmasında və koordinasiyanın olmamasındadır. Nəticələr göstərir ki, bəzən uşaq aylarla məktəbə gəlmir və bu barədə rayon üzrə müvafiq qurumlar məlumatlı olmur. Ailənin ümumi qiymətləndirilməsi aparılmır ki, uşaq niyə məktəbdən kənarda qalır və təhsildən uzaqlaşır. Bəzi hallarda isə uşaqların harada olduğu belə bilinmir. Bizim üçün ən vacib məsələ uşaq müdafiə sisteminin, xüsusilə onun tərkib hissəsi olan erkən aşkarlama mexanizminin gücləndirilməsidir".

"Artıq sabit kateqoriyalaşma yoxdur"

Daha çox hansı sosial qruplarda bu kimi problemlərin müşahidə olunduğuna gəldikdə isə, həmsöhbətimiz vurğulayır ki, 10 il bundan əvvəl əsas risk qrupları sosial rifahı aşağı olan və natamam ailələr idi. Lakin hazırda vəziyyət dəyişib. Demək olar ki, bütün qruplar müəyyən risk faktorlarına məruz qala bilər: "Tərbiyə prosesində yaranan pozuntular, uşağın inkişafının düzgün istiqamətləndirilməməsi, rəqəmsal texnologiyalardan həddindən artıq və nəzarətsiz istifadə, eləcə də internet təhlükəsizliyi ilə bağlı zəiflik nəticəsində bu risklər artıq daha geniş miqyas alıb. Demək olar ki, bütün ailə modellərinə təsir edir. Artıq sabit kateqoriyalaşma yoxdur. Düzdür, sosial rifahı aşağı olan ailələr birinci risk qrupu kimi qalır, lakin maddi rifahı yaxşı olan ailələrdə də statistik artım və vəziyyətin pisləşməsi müşahidə olunur. Əgər uşaq susursa, bu o demək deyil ki, problem yoxdur".

"Laqeyd davranışın bir çox səbəbi ola bilər"

"Indigo Support" Reabilitasiya və İnteqrasiya Mərkəzinin meneceri və psixoloqu Aysel Qafarova bildirir ki, valideynin öz övladına qarşı laqeyd davranmasının bir çox səbəbi ola bilər. Bu amillərə valideynin yaşı, psixoloji cəhətdən hazır olub-olmaması, emosional vəziyyəti, uşaqlıq travmaları, erkən nikah və öz valideynlərindən gördüyü münasibəti model kimi qəbul etməsi daxildir: "Bu tip davranışlar, bir qayda olaraq, ani şəkildə deyil, tədricən formalaşır. Davranışa səbəb olan amillər təkrarlanan xarakter aldıqda, beyin təxminən 14-21 gün ərzində həmin reaksiyanı vərdiş kimi mənimsəyir. Bununla yanaşı, kəskin və güclü stres hallarında davranışın qəfil şəkildə ortaya çıxması da istisna edilmir".

Psixoloqun qənaətincə, valideyn davranışı o zaman riskli hesab olunur ki, stres faktorları qısa müddətli deyil, davamlı xarakter alsın və xroniki mərhələyə keçsin: "Bu vəziyyətdə beynin emosional tənzimləmə və qərarvermə mexanizmləri pozulur, reaksiyalar adekvatlığını itirir. Valideyn uşağın yaşına uyğun normal davranışlarına belə həddindən artıq və ya uyğunsuz reaksiya verə bilər, nəticədə münasibətlərdə emosional uzaqlaşma yaranır. Risk indikatorları kimi laqeydlik, aqressiya, uşağın təhlükəsizlik hissinin zədələnməsi, valideyn davranışına bağlı qorxu, həyəcan pozuntularının yaranması çıxış edir".

Çıxış yolu nədir?

A.Qafarova bildirir ki, bu vəziyyətin qarşısını erkən mərhələdə almaq mümkündür: "Əsas şərt valideynin öz emosional vəziyyətini vaxtında dərk etməsi və davranışlarında dəyişiklik ehtiyacını qəbul etməsidir. Erkən mərhələdə fərqindəlik formalaşdıqda, münasibətlərdə yaranan gərginlik dərinləşmədən tənzimlənə bilər. Maarifləndirmə və psixoloji dəstək bu halların azaldılmasında əhəmiyyətli rol oynayır. Psixoloji dəstək artıq formalaşmış stres və davranış modellərinin dəyişdirilməsində daha effektiv nəticə verir. Ən vacib profilaktik addım isə valideynin öz davranışlarını mütəmadi olaraq refleksiya etməsi və emosional sabitliyini qorumağa yönəlmiş vərdişlər formalaşdırmasıdır".

Paylaş

Xəbər lenti

Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib Bu gün, 19:48 Azərbaycanda 10 məktəbə yeni direktor təyinatı - Rəsmi Bu gün, 19:48 Azərbaycanla Vyetnam arasında birbaşa uçuşların təşkili təşviq ediləcək Bu gün, 19:48 Tanınmış zərgər Paolo Bulqari 89 yaşında vəfat edib Bu gün, 19:48 Qəribabadi: İranla ABŞ arasında danışıqlar aparılmır Bu gün, 19:48 Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib Bu gün, 19:48 İlham Əliyev: "Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam" Bu gün, 18:48 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad edib? - Rəsmi açıqlama Bu gün, 18:48 Leyla Əliyeva Vyetnam səfərindən paylaşım edib Bu gün, 18:48 Emin Mahmudovun fotosu Nyu-Yorkun mərkəzindəki məşhur ekranda yayımlanıb Bu gün, 18:48 Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb Bu gün, 18:48 Kartdan-karta köçürmələrə daha sərt məhdudiyyətlər gəlir? - Yeni təklif Bu gün, 18:48 Azərbaycan ilk dəfə oğlanlar arasında basketbol üzrə U-20 Avropa çempionatına ev sahibliyi edəcək Bu gün, 18:48 Bakıda yolu keçmək istəyən 62 yaşlı qadını maşın vurdu Bu gün, 18:48 Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? Bu gün, 17:48 Səyyad Arandan nazirliklərə xəbərdarlıq: "Parlamentdə adlarını çəkəcəyəm" Bu gün, 17:48 Ekspert: "Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır" Bu gün, 17:48 Bakıda istilik problemi: Magistral xətdə axıntı, binada ventil oğurluğu Bu gün, 17:48 Adil Kərimli hindistanlı həmkarı ilə mədəni əlaqələrin inkişaf perspektivini müzakirə edib Bu gün, 17:48 Pezeşkian enerjiyə qənaət üçün iş otağında işıq və istiliyi söndürüb Bu gün, 16:48 Bədavi Hüseynova görə millimizə texniki məğlubiyyət veriləcək? Bu gün, 16:48 Kirayənişin 2 il qaldığı evi BU HALA SALDI Bu gün, 16:48 İraqda qaz kəməri partladı: Dörd ölü, xeyli yaralı var Bu gün, 16:48 Azərbaycan Basketbol Liqası: Təxirə salınmış matçda "Sabah" qələbə qazanıb Bu gün, 16:48 Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq Bu gün, 16:48 Azərbaycan Premyer Liqası: "Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlub edib Bu gün, 16:48 Azərbaycanda qoşulub qaçan cütlük ot tayasından tapıldı Bu gün, 16:48 Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib Bu gün, 15:48 To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur Bu gün, 15:48 Rauf Arifoğludan Əli Kərimli ilə bağlı sensasion açıqlama: "Səsyazısı əlimdədir" Bu gün, 15:48 Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır Bu gün, 15:48 Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq Bu gün, 15:48 Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq Bu gün, 15:48 Oğuzun iki kəndini birləşdirən yol təmir olunacaq Bu gün, 15:48 Azərbaycanda 28 yaşlı hüquqşünas vəfat etdi Bu gün, 15:48 "Zəngəzur" UEFA Regionlar Kubokunda ilk matçını keçiribv Bu gün, 15:48 Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı: Arvadını da döydü Bu gün, 15:48 Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar Bu gün, 15:48 Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb Bu gün, 15:48 Masallıda ustanı elektrik cərəyanı vuraraq öldürüb Bu gün, 14:48 Ağız boşluğundakı törəmələr hansı xəstəliklərin əlaməti ola bilər? - Cərrah açıqlayır Bu gün, 14:48 Şəkidə küçə iti 4 yaşlı uşağı dişləyib Bu gün, 14:48 Aygün Kazımova 20 il sonra bunu qızı ilə yenidən edəcək Bu gün, 14:48 Məsud Pezeşkian İranda Qərbi Azərbaycana qarşı ədalətsizlikdən danışdı Bu gün, 14:48 Fərid Qayıbov Qazaxda yeni yaradılan güləş zalında aparılan işlərlə tanış olub Bu gün, 14:48 Bu gün Tahir Abdullayevin döyüşü var Bu gün, 14:48 Vəkil Orxan Kəngərliyə qarşı əməliyyatın təfərrüatı və görüntüləri açıqlandı Bu gün, 13:48 Sabah 18° isti olacaq - Proqnoz Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR