
Bakı Dairəvi Yolunda yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ-in məlumatına görə, hadisə zamanı evakuatorda daşınan "Mercedes Sprinter" markalı mikroavtobus naməlum səbəbdən yolun hərəkət hissəsindən çıxaraq evakuatorla birlikdə kənara aşıb.
Hadisə yerindən lentə alınan görüntülərdə mikroavtobusun sağ tərəfi üzərinə aşdığı, evakuatorun isə yolun kənarında təhlükəli vəziyyətdə qaldığı görünür.
Xəsarət alanlar barədə məlumat yoxdur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.