2-07-2026, 23:48 355

Dövlət xidmətlərində yeni dövr: Proaktiv yanaşma və

Artıq dövlət xidmətlərindən istifadə etmək üçün müxtəlif mobil tətbiqlər və saytlar arasında keçid etməyə ehtiyac qalmaya bilər.

Azərbaycan rəqəmsal dövlət modelinə keçidi sürətləndirir. Məqsəd dövlət xidmətlərini vahid platformada birləşdirmək, sənəd dövriyyəsini azaltmaq və vətəndaşlara daha sürətli xidmət göstərməkdir.

Bu istiqamətdə növbəti mühüm addım Rəqəmsal İnkişaf Şurasının ilk iclasında müzakirə olunan yeni hədəflər oldu.

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən iclasda dövlət idarəçiliyində rəqəmsallaşmanın genişləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizliyin gücləndirilməsi və dövlət xidmətlərinin vahid platformada birləşdirilməsi əsas prioritetlər kimi müəyyənləşdirildi. İslahatların əsas məqsədi vətəndaşın dövlət xidmətlərinə çıxışını asanlaşdırmaqdır.

Hazırda müxtəlif dövlət qurumlarının xidmətləri mərhələli şəkildə "myGov" platformasında birləşdirilir. Yaxın vaxtlarda vətəndaşların əksər dövlət xidmətlərinə yalnız bir tətbiq vasitəsilə çıxış əldə etməsi nəzərdə tutulur. Rəqəmsal transformasiyanın ən mühüm yeniliklərindən biri proaktiv xidmətlərin genişləndirilməsidir. Bu o deməkdir ki, bəzi hallarda vətəndaşın dövlət qurumuna müraciət etməsinə ehtiyac qalmayacaq. Məsələn, yaşa görə əmək pensiyası dövlət informasiya sistemlərində olan məlumatlar əsasında avtomatik təyin ediləcək.

Eyni yanaşma uşağın anadan olmasına görə birdəfəlik müavinətin ödənilməsində də tətbiq olunacaq. Doğum faktı sistemdə qeydə alınan kimi ödəniş əlavə müraciət olmadan həyata keçiriləcək. Şəxsiyyət vəsiqəsi, xarici pasport və sürücülük vəsiqəsinin müddəti başa çatmazdan əvvəl vətəndaşa avtomatik bildiriş göndərilməsi də planlaşdırılır. Rəqəmsallaşma səhiyyə sistemində də yeni imkanlar yaradacaq.

Hazırlanan Tibbi Rəqəmsal Əkiz Sistemi hər bir vətəndaşın elektron tibbi tarixçəsini, analiz nəticələrini, radioloji müayinələri və digər tibbi məlumatları vahid sistemdə birləşdirəcək. Süni intellekt vasitəsilə işləyəcək bu sistem həkimlərə daha dəqiq diaqnoz qoymağa, xəstəlik risklərini əvvəlcədən müəyyən etməyə və hər bir pasiyent üçün fərdi müalicə planı hazırlamağa kömək edəcək. Vətəndaş isə analiz nəticələrini izləyə, tibbi tarixçəsinə baxa, onlayn həkim qəbuluna yazıla və profilaktik müayinələr barədə avtomatik məlumat ala biləcək.

Mütəxəssislər hesab edirlər ki, həyata keçirilən islahatların əsas məqsədi sadəcə xidmətləri elektronlaşdırmaq deyil. Hədəf dövlət xidmətlərini daha sürətli, şəffaf və əlçatan etmək, vətəndaşın eyni məlumatı müxtəlif qurumlara dəfələrlə təqdim etməsi kimi problemləri aradan qaldırmaq və gələcəkdə bütün dövlət xidmətlərini vahid rəqəmsal ekosistem üzərindən təqdim etməkdir. Bu isə həm vaxta qənaət edəcək, həm də dövlət-vətəndaş münasibətlərində yeni mərhələnin əsasını formalaşdıracaq.

Paylaş

Xəbər lenti

Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib Bu gün, 19:48 Azərbaycanda 10 məktəbə yeni direktor təyinatı - Rəsmi Bu gün, 19:48 Azərbaycanla Vyetnam arasında birbaşa uçuşların təşkili təşviq ediləcək Bu gün, 19:48 Tanınmış zərgər Paolo Bulqari 89 yaşında vəfat edib Bu gün, 19:48 Qəribabadi: İranla ABŞ arasında danışıqlar aparılmır Bu gün, 19:48 Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib Bu gün, 19:48 İlham Əliyev: "Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam" Bu gün, 18:48 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad edib? - Rəsmi açıqlama Bu gün, 18:48 Leyla Əliyeva Vyetnam səfərindən paylaşım edib Bu gün, 18:48 Emin Mahmudovun fotosu Nyu-Yorkun mərkəzindəki məşhur ekranda yayımlanıb Bu gün, 18:48 Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb Bu gün, 18:48 Kartdan-karta köçürmələrə daha sərt məhdudiyyətlər gəlir? - Yeni təklif Bu gün, 18:48 Azərbaycan ilk dəfə oğlanlar arasında basketbol üzrə U-20 Avropa çempionatına ev sahibliyi edəcək Bu gün, 18:48 Bakıda yolu keçmək istəyən 62 yaşlı qadını maşın vurdu Bu gün, 18:48 Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? Bu gün, 17:48 Səyyad Arandan nazirliklərə xəbərdarlıq: "Parlamentdə adlarını çəkəcəyəm" Bu gün, 17:48 Ekspert: "Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır" Bu gün, 17:48 Bakıda istilik problemi: Magistral xətdə axıntı, binada ventil oğurluğu Bu gün, 17:48 Adil Kərimli hindistanlı həmkarı ilə mədəni əlaqələrin inkişaf perspektivini müzakirə edib Bu gün, 17:48 Pezeşkian enerjiyə qənaət üçün iş otağında işıq və istiliyi söndürüb Bu gün, 16:48 Bədavi Hüseynova görə millimizə texniki məğlubiyyət veriləcək? Bu gün, 16:48 Kirayənişin 2 il qaldığı evi BU HALA SALDI Bu gün, 16:48 İraqda qaz kəməri partladı: Dörd ölü, xeyli yaralı var Bu gün, 16:48 Azərbaycan Basketbol Liqası: Təxirə salınmış matçda "Sabah" qələbə qazanıb Bu gün, 16:48 Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq Bu gün, 16:48 Azərbaycan Premyer Liqası: "Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlub edib Bu gün, 16:48 Azərbaycanda qoşulub qaçan cütlük ot tayasından tapıldı Bu gün, 16:48 Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib Bu gün, 15:48 To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur Bu gün, 15:48 Rauf Arifoğludan Əli Kərimli ilə bağlı sensasion açıqlama: "Səsyazısı əlimdədir" Bu gün, 15:48 Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır Bu gün, 15:48 Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq Bu gün, 15:48 Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq Bu gün, 15:48 Oğuzun iki kəndini birləşdirən yol təmir olunacaq Bu gün, 15:48 Azərbaycanda 28 yaşlı hüquqşünas vəfat etdi Bu gün, 15:48 "Zəngəzur" UEFA Regionlar Kubokunda ilk matçını keçiribv Bu gün, 15:48 Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı: Arvadını da döydü Bu gün, 15:48 Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar Bu gün, 15:48 Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb Bu gün, 15:48 Masallıda ustanı elektrik cərəyanı vuraraq öldürüb Bu gün, 14:48 Ağız boşluğundakı törəmələr hansı xəstəliklərin əlaməti ola bilər? - Cərrah açıqlayır Bu gün, 14:48 Şəkidə küçə iti 4 yaşlı uşağı dişləyib Bu gün, 14:48 Aygün Kazımova 20 il sonra bunu qızı ilə yenidən edəcək Bu gün, 14:48 Məsud Pezeşkian İranda Qərbi Azərbaycana qarşı ədalətsizlikdən danışdı Bu gün, 14:48 Fərid Qayıbov Qazaxda yeni yaradılan güləş zalında aparılan işlərlə tanış olub Bu gün, 14:48 Bu gün Tahir Abdullayevin döyüşü var Bu gün, 14:48 Vəkil Orxan Kəngərliyə qarşı əməliyyatın təfərrüatı və görüntüləri açıqlandı Bu gün, 13:48 Sabah 18° isti olacaq - Proqnoz Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR