7-07-2026, 16:48 142

Azərbaycanda yeni cərimələr tətbiq olunur – Prezident qanunu imzaladı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.

AVESTA.AZ President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni qanunu imzalayıb.

Dəyişikliyə əsasən, tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanılmasına və ya əmək münasibətlərinin davam etdirilməsinə görə vəzifəli şəxslər üç min manat məbləğində cərimə ediləcəklər.

Həmçinin Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda işçinin sağlamlığı haqqında tibbi arayış, habelə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy olmadan işçinin müvafiq peşə və ya vəzifəyə işə qəbul edilməsinə görə vəzifəli şəxslər min manat məbləğində cərimə olunacaqlar.

Barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsinə görə fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə ediləcəklər.

Maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxslər (banklar, xarici bankların yerli filialları və bank olmayan kredit təşkilatları istisna olmaqla) tərəfindən maliyyə icarəsi fəaliyyətinə dair hesabatların "Maliyyə icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Mərkəzi Banka təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə olunacaqlar.

Bundan başqa, ərzaq balansının tərtibi üçün fermerlər və tədarükçülər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalına (tədarükünə) dair məlumatların ildə bir dəfə, həmin məhsulların yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə aylıq məlumatların isə növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilməməsinə görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər beş yüz manat məbləğində cərimə ediləcəklər.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) formalaşdırdığı qaydada müəyyən edilmiş məhsullara dair məlumatların ildə bir dəfə verilən yazılı sorğuya əsasən ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən 15 iş günü müddətində təqdim edilməməsinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər beş yüz manat məbləğində cərimə olunacaqlar.

Həmçinin inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslərin iki yüz manat, vəzifəli şəxslərin dörd yüz manat, hüquqi şəxslərin min manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.

İnzibati xətaları törətmiş şəxs həmin xətaların törədilməsinə səbəb olan halları 10 iş günü müddətində aradan qaldırdıqda inzibati məsuliyyətdən azad olunur.

Həmçinin inzibati xətaların törədilməsinə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən həmin xətaların törədilməsinə səbəb olan hallar 10 iş günü ərzində aradan qaldırılmalıdır.

Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.

Dövlət başçısı "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 423-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman imzalayıb.

Paylaş

Xəbər lenti

Serbiyada yanacağa tətbiq olunan aksiz vergisi azaldılır Bu gün, 00:48 Paytaxt sakininə 26 min manat cərimə yazılıb? - "Hakim də sübut istədi, məhkəməyə gəlmədilər" Bu gün, 00:48 "Vəd verən çox olsa da, addım atan yoxdur" - Qəbələdə kənd sakinləri problemlərdən ŞİKAYƏT ETDİLƏR Bu gün, 00:48 Azərbaycanın diplomatik gedişi: İsrailin "erməni soyqırımı" təşəbbüsü necə dayandırıldı? Dünən, 23:48 "Vestri"nin baş məşqçisi: "Güclü rəqibə qarşı yaxşı oyun sərgilədik" Dünən, 23:48 Məşhəddəki dəmir yolu xətlərindən birində qatarların hərəkəti bərpa edilib Dünən, 23:48 Sürücülərin NƏZƏRİNƏ: Bakı Dairəvi Yolunda hərəkət MƏHDUDLAŞDIRILACAQ Dünən, 23:48 Qurban Qurbanov: "Rəqib çox yaxşı müdafiə olundu" Dünən, 23:48 UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub edib Dünən, 22:48 "28 May" stansiyasında eskalatorlardan biri istismardan çıxarılacaq Dünən, 22:48 Samvel Karapetyanın ev dustaqlığı müddəti uzadıldı Dünən, 22:48 İti görmənin sirri açıldı: Hər şey ana bətnində başlayır Dünən, 22:48 Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm Dünən, 22:48 "Sumqayıt" portuqaliyalı mütəxəssis Filipe Kandido ilə 1 illik müqavilə bağlayıb Dünən, 22:48 Sarukyanın sement zavodu milliləşdirilir: Paşinyandan etirazçılara xəbərdarlıq Dünən, 21:48 ABŞ-də hava limanına Donald Trampın adı verildi Dünən, 21:48 Yayda avtomobil yanğınları niyə artır? – Hər sürücünün bilməli olduğu məqamlar Dünən, 21:48 Qarşıya qoyulan hədəflər ölkəni innovasiya mərkəzlərindən birinə çevirmək məqsədi daşıyır Dünən, 21:48 Türkiyə ilə Livan arasında ikitərəfli münasibətlər müzakirə ediləcək Dünən, 21:48 UEFA Avropa Liqası: "Qarabağ" - "Vestri" qarşılaşmasında üçün qol vuruldu Dünən, 21:48 Bakı Dairəvi yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq Dünən, 21:48 Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub Dünən, 20:48 Vüqar Mustafayev Səlcuq Bayraktarla hərbi-texniki əməkdaşlığı müzakirə edib Dünən, 20:48 Azərbaycanda binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları təsdiq edilib Dünən, 20:48 Pensiya ilə bağlı vətəndaşları maraqlandıran məsələyə CAVAB Dünən, 20:48 UEFA Avropa Liqası: "Qarabağ" - "Vestri" qarşılaşması start götürüb Dünən, 20:48 Türkiyə ilə qardaşlıq, İsraillə tərəfdaşlıq: Azərbaycan dünyaya diplomatik manevr nümunəsi göstərir Dünən, 20:48 Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır Dünən, 20:48 Bakıda külək ağacı yerindən çıxartdı Dünən, 19:48 AZAL: Gələcəkdə Çinə bir neçə istiqamətin açılması imkanları nəzərdən keçirilir Dünən, 19:48 UEFA Avropa Liqası: "Qarabağ" - "Vestri" qarşılaşmasında start heyətlər açıqlandı Dünən, 19:48 DÇ-2026-nın 1/4 finalı öncəsi sarı vərəqə təhlükəsi: Hansı ulduzlar yarımfinalı buraxa bilər? Dünən, 19:48 Əmək bazarının inkişafı istiqamətində görülən işlər və vəzifələr müzakirə olunub Dünən, 19:48 Qazdan istifadə edənlərin NƏZƏRİNƏ - Yeni qaydalar imzalandı Dünən, 19:48 İsrail ordusu HƏMAS-ın Xan-Yunisdəki Qərb bölüyünün komandirini öldürüb Dünən, 19:48 Atası Asiyanın ən varlı iş adamı olan qız, dəfiləyə 2 milyon dollarlıq çanta ilə gəldi Dünən, 18:48 Əhalinin gününü qaraldan yol problemi: "Heç vertolyot da bura enə bilməz" Dünən, 18:48 Bakıda qəza baş verdi Dünən, 18:48 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki bəzi qurumların ştat vahidləri təsdiqlənib Dünən, 18:48 Narkotikin məhv etdiyi ailə: Oğulun bezib evdən gedən anasına qarşı DƏHŞƏTLİ ƏMƏLİ Dünən, 18:48 Nazirlər Kabinetindən binalarla bağlı yeni əmr Dünən, 18:48 Bu ilin ötən dövründə 226,3 milyon manat məbləğində ipoteka krediti verilib Dünən, 17:48 Parkda skamyada oturan gənclərin üstünə ağac aşıb Dünən, 17:48 Süni intellekt üçün internet Bakcelldən Dünən, 17:48 "Volkswagen" iflas olmamaq üçün radikal qərar qəbul edib Dünən, 17:48 Universitet, dövlət və biznes birləşmədən rəqəmsal transformasiya mümkündür? Dünən, 17:48 Bu ilin beş ayında Azərbaycanda qızılca və suçiçəyinə yoluxmada artım müşahidə olunub Dünən, 17:48 Bakıda qadın küçədə güllələndi: Keçmiş əri saxlanıldı - VİDEO Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR