
Somalinin Hiran əyalətində baş verən partlayışlar nəticəsində azı 15 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "" məlumat yayıb.
Cəlaləksi şəhərində bomba yüklü avtomobilin şəhər polis binası yaxınlığındakı nəzarət-buraxılış məntəqəsində partladılması nəticəsində 4 nəfər həlak olub. Bulobard şəhərində də partlayış baş verib, 11 nəfər ölüb, 52 nəfər yaralanıb.
Hər iki hadisəyə görə məsuliyyəti “Əş-Şəbab” qruplaşması öz üzərinə götürüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.