Bu gün, 15:48 83

Xəzərin potensialı böyükdür, bəs niyə tam istifadə olunmur? - ARAŞDIRMA

Yayın ən isti günləri ilə birlikdə Xəzər sahillərində də canlanma hiss olunur.

Həftəsonları Abşeron çimərliklərinə üz tutanların sayı xeyli artır, istirahət zonalarında isə sıxlıq müşahidə edilir. Lakin dəniz mövsümünə marağın yüksəlməsi ilə yanaşı, çimərlik turizminin uzun illərdir həllini gözləyən problemləri də yenidən gündəmə gəlir. Xidmət keyfiyyəti, infrastruktur, nəqliyyat, təhlükəsizlik, ictimai çimərliklərə çıxış və ekoloji vəziyyət bu yay da ən çox müzakirə olunan məsələlər sırasındadır.

BAKU.WS xəbər verir ki, report mövzu ilə bağlı turizm ekspertlərinin fikirlərini öyrənib.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib ki, bu il çimərlik mövsümü əvvəlki illərlə müqayisədə daha fəal başlayıb. Bununla belə, mövsümün ilk həftələrində hava şəraitinin qeyri-sabit keçməsi istirahətə tələbatın dalğavari xarakter almasına səbəb olub.

Onun sözlərinə görə, həm yerli, həm də xarici turistlərin dənizkənarı istirahətə marağı artıb, lakin bu potensialdan tam istifadə etmək üçün xidmət keyfiyyətinin yüksəldilməsi, infrastrukturun təkmilləşdirilməsi və Azərbaycanın çimərlik imkanlarının beynəlxalq bazarda daha fəal tanıdılması vacibdir.

Xəzərin potensialı böyükdür, bəs niyə tam istifadə olunmur? - ARAŞDIRMA

Xarici turistlərin dəniz turizminə marağı artır

S.Dübəndi bildirib ki, yerli turistlərin marağı ənənəvi olaraq yüksəkdir və xüsusilə həftəsonları Abşeron çimərliklərində ciddi sıxlıq yaranır.

"Xarici turistlər üçün isə çimərlik turizmi hələ müstəqil turizm məhsulu kimi formalaşmayıb. Hazırda dəniz istirahəti daha çox Bakı və Abşeron üzrə ümumi turizm paketinin tərkib hissəsi kimi təqdim olunur", - deyə o qeyd edib.

Ekspert hesab edir ki, Xəzər dənizi Azərbaycanın turizm sahəsində ən böyük üstünlüklərindən biridir.

"Xəzər MDB və ümumilikdə postsovet məkanında ən isti dəniz istiqamətlərindən biri hesab olunur. Azərbaycan sahilləri uzun illər Rusiya, Ukrayna, Moldova, Belarus, Mərkəzi Asiya və Baltik ölkələrindən gələn turistlər arasında populyar olub. Bu bazarları yenidən aktivləşdirmək mümkündür. Bunun üçün isə təkcə dəniz və günəş kifayət etmir. Keyfiyyətli xidmət, təmiz çimərliklər, yüksək təhlükəsizlik, münasib qiymətlər və rahat nəqliyyat infrastrukturu təmin olunmalıdır", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, son illərdə turistlərin gözləntiləri də dəyişib.

"İnsanlar artıq yalnız dənizə yaxınlığı deyil, xidmət səviyyəsini, təmizliyi, təhlükəsizliyi, qiymətlərin şəffaflığını, nəqliyyat əlçatanlığını və ümumi komfortu qiymətləndirirlər. Xüsusilə həftəsonları Abşeron istiqamətində yaranan uzun tıxaclar, parklanma yerlərinin çatışmazlığı və ictimai nəqliyyatın yetərli olmaması istirahət təcrübəsinə mənfi təsir göstərir. Digər mühüm problemlərdən biri isə ictimai çimərliklərin sayının azalması və sahil zolağının həddindən artıq kommersiyalaşdırılmasıdır", - deyə S.Dübəndi bildirib.

Çimərlik turizmi regional inkişafın mühərrikinə çevrilə bilər

Ekspert hesab edir ki, çimərlik turizminin inkişafı yalnız Bakı və Abşeronla məhdudlaşmamalıdır. Onun fikrincə, Xəzər sahili boyunca yerləşən digər bölgələrdə də müasir çimərlik infrastrukturunun yaradılması həm turist axınının balanslaşdırılmasına, həm də regionların iqtisadi inkişafına töhfə verə bilər.

Xəzərin potensialı böyükdür, bəs niyə tam istifadə olunmur? - ARAŞDIRMA

S.Dübəndi bildirib ki, bunun üçün dövlət və özəl sektor arasında əməkdaşlıq genişləndirilməli, sahilboyu ərazilərdə vahid inkişaf konsepsiyası hazırlanmalı, ekoloji standartlara ciddi əməl edilməli və beynəlxalq sertifikatlaşdırma mexanizmləri tətbiq olunmalıdır.

Onun sözlərinə görə, təmiz və təhlükəsiz çimərliklərin sayının artırılması, xilasedici xidmətlərinin gücləndirilməsi, əlilliyi olan şəxslər üçün əlçatan infrastrukturun yaradılması və ictimai çimərliklərin genişləndirilməsi Azərbaycanın dəniz turizmini daha rəqabətqabiliyyətli edə bilər.

"Azərbaycanın Xəzər sahilləri böyük turizm potensialına malikdir. Düzgün planlaşdırma və keyfiyyətli xidmət sayəsində ölkə yaxın illərdə təkcə daxili deyil, xarici turistlər üçün də cəlbedici çimərlik istiqamətlərindən birinə çevrilə bilər", – deyə ekspert əlavə edib.

İctimai çimərliklərin azalması isə ekspertin diqqət çəkdiyi əsas problemlərdən biridir.

S.Dübəndinin fikrincə, ödənişsiz, təmiz və minimum zəruri infrastrukturla – sanitar qovşaqlar, duş kabinələri, kölgəliklər, xilasedici xidmət və müntəzəm təmizlik sistemi ilə təmin olunmuş ictimai çimərliklərin sayı artırılmalıdır.

"Bu baxımdan bələdiyyə çimərliklərinin və ictimai sahil zonalarının inkişafına daha çox diqqət yetirilməlidir. Dəniz sahili yalnız biznes obyekti deyil, həm də ictimai sərvətdir", - deyə o vurğulayıb.

Xəzərin potensialı böyükdür, bəs niyə tam istifadə olunmur? - ARAŞDIRMA

Təhlükəsizlik və sığorta mexanizmləri gücləndirilməlidir

Ekspertin sözlərinə görə, çimərlik turizmində təhlükəsizlik və sığorta məsələləri də xüsusi əhəmiyyət daşıyır.

"Boğulma halları, güclü külək və dalğalar, günvurma, su idmanı zamanı xəsarətlər, uşaqların təhlükəsizliyi və qəfil hava dəyişiklikləri bu sahədə əsas risklərdir. Çimərliklərdə, su idmanı mərkəzlərində və açıq hava turizmi xidmətlərində məsuliyyət sığortası, turist sığortası və risklərin idarə olunması standartları daha geniş tətbiq edilməlidir", - deyə S.Dübəndi bildirib.

Onun sözlərinə görə, Xəzərin ekoloji vəziyyəti də çimərlik turizminin gələcəyini müəyyənləşdirən əsas amillərdəndir.

"Dəniz səviyyəsinin azalması, çirklənmə, tullantı sularının təsiri və sahil zolağının həddindən artıq yüklənməsi əsas problemlər sırasındadır. Xəzərin qorunması dövlət qurumları ilə yanaşı, sahibkarların, bələdiyyələrin və vətəndaşların da ortaq məsuliyyətidir", - deyə o əlavə edib.

Abşeron çimərliklərinə nəqliyyat yaxşılaşdırılmalıdır

S.Dübəndi hesab edir ki, Azərbaycanın çimərlik turizmini daha rəqabətqabiliyyətli etmək üçün ilk növbədə sahil zonalarının idarə olunması üzrə vahid standartlar formalaşdırılmalıdır.

"İctimai, bələdiyyə və özəl çimərliklər üçün təmizlik, təhlükəsizlik, sanitar qovşaqlar, duşlar, kölgəliklər, xilasedici və tibbi yardım xidmətləri, parklanma, qiymətlərin şəffaflığı və ekoloji davranışla bağlı minimum tələblər müəyyən edilməlidir. Eyni zamanda, Abşeron çimərliklərinə nəqliyyatın təşkili təkmilləşdirilməli, əlavə ictimai nəqliyyat marşrutları yaradılmalıdır", - deyə o bildirib.

Xəzərin potensialı böyükdür, bəs niyə tam istifadə olunmur? - ARAŞDIRMA

Çimərlik hotellərinə maraq daha erkən formalaşıb

Oxşar fikirləri Bakıda fəaliyyət göstərən hotellərdən birinin rəhbəri, turizm eksperti İbrahim Qəmbərov da bölüşür.

O, bildirib ki, bu il çimərlik hotellərinə maraq əvvəlki illərlə müqayisədə daha erkən yaranıb.

"Əvvəlki illərdə Bakıətrafı çimərlik hotelləri ilə bağlı əsas sorğular iyunun ortalarından başlayırdısa, bu il mayın son həftəsindən etibarən həm yerli, həm də xarici tərəfdaşlardan müraciətlər artmağa başlayıb", - deyə o bildirib.

İ.Qəmbərovun sözlərinə görə, son illərdə xarici turistlərin səyahət vərdişləri də dəyişir.

"Əgər əvvəllər turistlər əsasən İçərişəhər, Heydər Əliyev Mərkəzi, Atəşgah və Qobustan kimi tarixi-mədəni məkanlara üstünlük verirdilərsə, hazırda Hindistan, Pakistan və Körfəz ölkələrindən gələn turistlər və tərəfdaşlarımız artıq dənizkənarı istirahət imkanları olan hotellərlə də yaxından maraqlanırlar. Bu isə Azərbaycanın çimərlik turizminin beynəlxalq bazarda tədricən tanınmağa başladığını göstərən müsbət göstəricidir", - deyə ekspert vurğulayıb.

Vahid xidmət standartları çimərlik turizminin inkişafını sürətləndirə bilər

İ. Qəmbərovun fikrincə, Azərbaycanın çimərlik turizminin əsas problemi dənizin və ya təbii potensialın məhdudluğu deyil, sahilboyu ərazilərdə xidmət standartlarının vahid olmamasıdır.

"Xarici turistləri ilk növbədə dənizin temperaturu deyil, çimərliyin təmizliyi, xilasedici xidmətinin mövcudluğu, ailəvi istirahət üçün yaradılmış şərait, restoranlar, parkinq və digər xidmətlərin keyfiyyəti maraqlandırır. Müasir turist kompleks istirahət təcrübəsi yaşamaq üçün səyahət edir", - deyə o bildirib.

Ekspertin sözlərinə görə, qiymət–keyfiyyət balansı da turistlərin seçimində həlledici amillərdən biridir.

"Turist yüksək qiymət ödəməyə hazırdır, lakin bunun müqabilində keyfiyyətli xidmət gözləyir. Göstərilən xidmət ödənilən məbləğə uyğun olmadıqda, həmin turistin yenidən eyni məkanı seçməsi ehtimalı azalır. Buna görə də Azərbaycanın bütün sahilboyu ərazilərində vahid xidmət standartları tətbiq edilməli, təmizlik və ekoloji tələblərə xüsusi diqqət yetirilməlidir. Eyni zamanda, gələcəkdə "Mavi Bayraq" (Blue Flag) kimi beynəlxalq ekoloji sertifikatların tətbiqi təşviq olunmalı, ölkənin dəniz turizmi potensialı Hindistan, Pakistan və Körfəz ölkələri kimi perspektivli bazarlarda daha fəal tanıdılmalıdır", - deyə İ.Qəmbərov vurğulayıb.

Ekspertlərin qənaətinə görə, ardıcıl və planlı tədbirlər həyata keçirildiyi halda, Azərbaycan Xəzər dənizi hövzəsinin ən rəqabətədavamlı çimərlik turizmi destinasiyalarından birinə çevrilmək imkanına malikdir. Onlar vurğulayır ki, ölkənin bu istiqamətdə əhəmiyyətli potensiala sahib olduğu danılmazdır.

Paylaş

Xəbər lenti

AZAL yeni "Airbus A321neo" təyyarəsi ilə ilk uçuşunu həyata keçirib Bu gün, 16:48 AAYDA rəqəmsallaşma və innovasiya ekosisteminin inkişafı üzrə yol xəritəsini müzakirə edib Bu gün, 16:48 Prezident İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub Bu gün, 16:48 DÇ-2026-nın 1/4 final mərhələsinə iki oyunla yekun vurulacaq Bu gün, 16:48 Moskvada keçirilən peşəkar ustalıq müsabiqəsində Azərbaycan polisi uğura imza atıb Bu gün, 16:48 Yoğun bağırsaq xərçənginin qarşısını necə almaq olar? Bu gün, 16:48 Masallıda atdan yıxılan kişi öldü Bu gün, 16:48 Xəzərin potensialı böyükdür, bəs niyə tam istifadə olunmur? - ARAŞDIRMA Bu gün, 15:48 Bakıda növbəti daxili iməclik keçirilib Bu gün, 15:48 İlham Əliyev Şuşada "Sadıqcanın evi"nin bərpadan sonra açılışında iştirak edib Bu gün, 15:48 İcra başçısı Vətən müharibəsi iştirakçısını köməkçisi VƏZİFƏSİNDƏN ÇIXARDI Bu gün, 15:48 Balakənin su basmış ərazilərində SON VƏZİYYƏT Bu gün, 15:48 İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub Bu gün, 15:48 "Yastıqaltı" pullar iqtisadiyyata gətirilir: Kütləvi maliyyələşdirmə biznes mühitini necə dəyişəcək? Bu gün, 15:48 Tibo Kurtua mundiallarda matç sayına görə qapıçılar arasında ikinci pilləyə yüksəlib Bu gün, 14:48 İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb Bu gün, 14:48 İlin sonunadək Şuşanın Kiçik Qaladərəsi kəndinə daha 11 ailə qayıdacaq Bu gün, 14:48 Azərbaycan basketbol millisinin üzvü Amil Həmzəyev "Neftçi" klubundan ayrılıb Bu gün, 14:48 "Qələbənin memarı: Cənab Ali Baş Komandan" kitabının təqdimatı olub Bu gün, 14:48 Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq Bu gün, 14:48 Röya Ayxan lüks villasında qardaşı oğluna ad günü keçirdi Bu gün, 13:48 Ucarda kanalda batan yeniyetmənin meyiti tapılıb Bu gün, 13:48 Tbilisidə Fatiməni qətlə yetirməkdə şübhəli bilinən qohumu tutuldu Bu gün, 13:48 Abbas Abbaso: BTQ son üç il ərzində beynəlxalq dekolonizasiya prosesinə ən çox töhfə verən təşkilatlardandır Bu gün, 13:48 Bakıda internat məktəbinin həyətində BIÇAQLANMA: Saxlanılan var Bu gün, 13:48 İngiltərənin iki klubu "Sportinq"in hücumçusu Fransişku Trinkauya maraq göstərir Bu gün, 13:48 Xırdalanda zəncirvari qəza: İki nəfər xəsarət aldı Bu gün, 13:48 BTQ Afrika ölkəsinin dövlət qurumu ilə ilk memorandumu imzalayıb Bu gün, 13:48 Azərbaycan neftinin qiyməti 1 dollardan çox azalıb Bu gün, 13:48 İsmayıllıda torpaq sürüşməsi olub, üç ailənin yaşadığı ev yararsız vəziyyətə düşüb Bu gün, 13:48 Ferran Torres "Barselona"nı PSJ-yə dəyişməyə RAZILIQ VERDİ Bu gün, 13:48 Ötən gün ölkədə 36 kiloqramdan çox narkotik aşkarlanıb Bu gün, 13:48 İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoyub Bu gün, 11:48 FHN: Çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək qadağandır Bu gün, 11:48 Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub Bu gün, 11:48 Bakıda "Media və dekolonizasiya" konfransının ilk sessiyası keçirilib Bu gün, 11:48 Ermənistanın baş prokuroru Saqatelyan və Karapetyanın toxunulmazlığının ləğvini tələb edəcək Bu gün, 11:48 "Euronews" Azərbaycanda etiqad azadlığından bəhs edən süjet hazırlayıb Bu gün, 11:48 Bakıda iki motosiklet toqquşdu: ÖLƏN VAR - ANBAAN GÖRÜNTÜ Bu gün, 11:48 Abbas Abbasov: Media dekolonizasiyanın təşviqində əsas rol oynayıb Bu gün, 10:48 "Roma" klubu Belçika millisinin yarımmüdafiəçisi Diequ Moreyraya maraq göstərir Bu gün, 10:48 Monteneqroda törədilmiş ağır cinayətlə bağlı Azərbaycanda DNT tədqiqatı aparılıb Bu gün, 10:48 Fransanın "Bezye" klubunun üzvü Lutsobo Makvedini 20 yaşında vəfat edib Bu gün, 10:48 Gürcüstanda dəhşətli hadisə: 15 yaşlı Əli Azərbaycan dilində danışdığı üçün bıçaqlandı Bu gün, 10:48 Zakir Həsənov Türkiyədə azərbaycanlı məzunlara diplomlarını təqdim edib Bu gün, 10:48 Qobustanda ağır qəza: Ölən var Bu gün, 10:48 Venesuelada zəlzələ qurbanlarının sayı 4 mini keçib Bu gün, 09:48 İranın neft emalı zavodunda yanğın söndürülüb Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR